Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bakını gözəlləşdirən parklar SİYAHI

Bakını gözəlləşdirən parklar SİYAHI

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Parklar insanların istirahəti, fiziki aktivliyi, eyni zamanda şəhərin ekoloji tarazlığının, flora və faunanın qorunması üçün şəhərdə estetik və mədəni dəyərlər yaradan məkandır. Ölkəmizdə ötən il keçirilən COP29 çərçivəsində Bakıda uzun illər yarasız halda olan parklarda yenidənqurma işləri aparılıb, insanların istirahəti üçün səmərəli məkanlar halına gətirilib.

Modern.az Bakının yenidən qurulan və istirahət üçün unikal məkanlara çevrilən parkların təqdim edir. 


6a Nazim Hacıyev ünvanında yerləşən Nərimanov parkının ərazisi  4.1 hektardır. Bu park XX əsrin 50-ci illərində salınıb, park şəhərin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun olmadığından 2024-cü ildən Nərimanov parkı unikal dizaynda yenidən qurulub, müxtəlif istirahət guşələri, əyləncə qurğuları  yaradılıb, o cümlədən uzun müddətdir yararsız halda olan fontan meydanının yenidən qurulması işləri həyata keçirilib. Mövcud ictimai-iaşə obyektlərinin fasadlarının müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılmışdır. Parkın mühəndis kommunikasiya xəttləri əsaslı şəkildə yenilənmiş, park yağış sularının daşınması üçün nəzərdə tutulan xəttlərlə təmin edilib.  


Nizami Gəncəvi parkı Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, Mərkəzi Bulvar, Xeyrulla İbrahimiov və 2-ci Şərq küçələrinin əhatəsində yerləşən park “Luna Park” adı ilə məşhur olan park ərazisi uzun illər baxımsız qalmışdı.  Bu park Bakının ən qədim parklarından hesab olunur belə ki, 1882-1883-cü illərdə Nobel qardaşları tərəfindən Bakıətrafı qəsəbə olan Qara Şəhərin sərhəddində şirkətinin işçiləri üçün salınıb. 1920-ci ildən sonra Villa Petroleanın keçmiş bağı Lunaçarskinin, sonralar Almaniyanın eyniadlı qəzetinin şərəfinə "Rote-Fan" adlandırılıb. 1991-ci ildə Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra isə Nizami Gəncəvinin adını daşımağa başlayıb.


2021-ci ildə abadlıq işləri nəticəsində park daxilində süni göl yaradıldı, bir və iki mərtəbəli inzibati binalar yenidən quruldu. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb. Yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib. 

Azərbaycan florasında mövcud olan bitki növlərinin və genefondunun qorunması məqsədilə 1934-cü ildə elmi-tədqiqat müəssisəsi olaraq fəaliyyətə başlayan Mərkəzi Nəbatat Bağı son illərdə baxımsızlıq səbəbindən bitkilər ciddi ziyan görmüş, park qanunsuz tikililərlə əhatələnmişdi. 2022-ci ildə təmirə bağlanan parkın sahəsi 39 hektardan 46 hektara çatdırılıb, bağın ərazisində yerləşən 30-dan çox müxtəlif təyinatlı qanunsuz tikili sökülüb. Həmçinin  bağda yeni, müxtəlif cinsli ağacların əkilməsi, müasir dizaynlı guşələrin yaradılıb. Yenidənqurma zamanı institutun 1935-1938-ci illərdə inşa edilən inzibati binası qəzalı vəziyyətdə olduğu üçün sökülərək yeni bina tikilib. Beş mərtəbədən ibarət olan binanın ümumi sahəsi 3700 kvadratmetrdir.

Nəbatat bağının 1937-ci ildə tikilmiş və tamamilə yararsız hala düşmüş 900 kvadratmetrlik ayparaşəkilli inzibati binası da əsaslı təmirdən sonra istifadəyə verilib. Eyni zamanda ərazidə müasir tipli oranjereya tikilib. 15 metr hündürlüyündə olan oranjereyanın daxilində yerdən 3 metr hündürlüyündə körpü və hər iki qapını birləşdirən piyada yolu var. Həmçinin oranjereya müasir tipli isitmə, soyutma və nəmləndirmə avadanlıqları ilə təchiz olunub. 2022-ci ildən bəri yeni 100 növdən olan 70 min bitki əkilib. Bütövlükdə 46 hektarlıq bağda 1500-dən çox bitki növü var. Parkda qədim tikililər restavrasiya edilərək müasir şəhərsalma standartlarına uyğunlaşdırılıb. 

Sahil bağı və ya Sahil parkı Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşir. Bağ yeni yaradılan zaman həmin əraziyə Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi.  SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular. 2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi.  "Sahil bağı" adlandırılan həmin məkan 1920-ci ildə 26 Bakı Komissarının şərəfinə adlandırılıb. 

Parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var. 


Ərazisi 22 min m kvadrat olan parkda 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb. 
Bağın 12 min kvadratmetr ərazisinin asfalt örtüyü ləğv edilərək, onun yerinə Braziliya, İsveç, Çin və İtaliyadan gətirilən qranit-mərmər döşənib. Burada, həmçinin müxtəlif hava şəraitinə davamlı materialdan hazırlanmış oturacaqlar qoyulub. Bağdakı ağaclar və güllərin böyük hissəsi Hollandiyadan gətirilib. İşıqlandırma sistemində isə İtaliya istehsalı olan avadanlıqdan istifadə edilib.

Bakının Xətai rayonu, Babək prospekti, Yusif Səfərov, Sərdar Səfərov və Həmid Abbasbəyli küçələrinin əhatəsində yerləşən Sevirəm parkı 3,2 hektar ərazidə yerləşən parkın uzunluğu 288 metr, eni isə 110 metrdir. Sabiq deputat Hüseyn Abdullayevə məxsus olan, yararsız vəziyyətdə saxlanılan ərazidə 2016-cı ildə mərmər tozu və neft tullantıları təmizləndikdən sonra park salınmağa başlayıb. Tikinti işləri 2016-cı ilin sentyabrında başa çatıb, parkın açılışı 6 oktyabr 2016-cı ildə, Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Ərazidə 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib. Ərazidə təbii daşlardan yonulmuş heykəllər landşaftla vəhdət təşkil edir. Parkda qoyulmuş 14 heykəlin hər biri xüsusi dizaynı və üslubu ilə fərqlənir. Parkda eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın müxtəlif rəssamlarının əl işləri ilə bəzədilən “Ürəklər” kompozisiyası təqdim olunur. Ərazidə velosipedçilər üçün hərəkət zolağı da salınıb. 

Bakının ən məşhur istirahət zonalarından hesab olunan Dədə Qorqud parkı Bakı şəhərində, Nərimanov rayonunda yerləşir və ADA Universiteti ilə Bakı zooparkının yanında yerləşir. 6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltaraş Göyüş Babayevin "Kitabi-Dədə Qorqud" abidəsi ucalır. 


Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb. Parka gələnlər katamaranları kirayə edərək göldə gəzə bilərlər. Bunun üçün iki körpü var. Bundan başqa, süni şəlalənin aşağı hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün körpü salınıb. 

Şəhərin ən köhnə parklarından biri, əvvəllər bulvar adlanan Zabitlər parkı faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanovun adı verilib. 2009-cu ildə parkda abadlaşdırma işlərinə başlanılıb və Zabitlər parkı 16 mart 2011-ci ildə yenidən açılıb. Yenidən açılışında İlham Əliyev və Mehriban Əliyeva iştirak edib. 

Zabitlər parkının 1933-cü ildə qədər olan Qızıl Ordu parkı, 1940-cı ilə qədər Sovet Ordusu parkı kimi qeyd olunub. Böyük Vətən Müharibəsi dövründə park, qəhrəmanlar və faşizmə qarşı döyüşlərdə həlak olanların xatirəsinə həsr olunub. Həmçinin, park arada "Durnalar" və "Pionerlər" kimi də adlanıb. 
Bəzi köhnə cizgilərini çoxillik ağacların kölgəsində gizlədən 4 hektar sahəsi olan Zabitlər parkının siması tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bu gün Bakının mərkəzi parklarının vizit-kartına çevrilmiş bürünc heykəllər qoyulub: fikrə dalan və gedişini planlaşdıran şahmatçı, çayxana girişində gülərüz çayçı və s. Fəvvarənin yaxınlığında, skamyaların birində yorğun bürünc fotoqraf heykəli, bir az aralıda çiçək satan qız heykəli yerləşir. Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi "buz" kafesi var.

Bakının ən qədim parklarından biri də Xaqani parkıdır.  Ərazisi digər istirahət mərkəzlərinə nisbətən kiçikdir - 0.8 hektardır. Park adını orta əsrlərdə yaşamış şair Xaqani Şirvanidən alır. 


Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur. 
Bağ pavilyonunun cərgələri su hovuzundan başlayır. Bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. Bağın ərazisi kiçik olsa da (0.8 hektar), kifayət qədər rahatdır və bakılıların istirahət üçün sevimli məkanıdır. Yaşıllıq əraziləri elə yerləşib ki, skamyaların yanında kifayət qədər kölgəlik ərazisi var. Ağacların ətrafında kolluqlar və güllüklər var.

Dənizkənarı Milli Parkda 8 Noyabr prospektində yerləşən, Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər parkı 10 hektardan çox ərazini əhatə edir.
Parka keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Əraziyə girişdə 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. Giriş portalındakı tağın hündürlüyü 44, eni isə 22 metr təşkil edir. Tağın üzərində Vətən müharibəsi qəhrəmanlarının adları həkk ediləcək. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və qələbəyə aparan simvolik yol təsəvvürü yaradır.

Bakının yeni və gözoxşayan parklarından biri də Çəmbərəkənd parkıdır. Bakının Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınan bu parkda yaşıllaşdırma işləri aparılaraq, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin asudə vaxtlarını keçirmələri üçün şərait yaradılıb. 

Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınmış, şəhər mənzərəli iki terras düzəldilmiş, müasir üslubda fəvvarə inşa edilmiş, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilmişdir. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilmişdir. Həmçinin ərazidə idman və uşaq əyləncə qurğuları quraşdırılmışdır. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənmiş, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilmişdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri