Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son günlər qeyri-sabit hava şəraiti paytaxt infrastrukturunda bir sıra nöqsanları da üzə çıxardı.
Paytaxtın bir sıra ərazilərini su basması da bu istiqamətdə problemlərin olduğunu göstərdi.
Həmin ərəfədə müvafiq qurumlar mövcud nöqsanlarla barışmasalar da, reallıq ortada idi.
Bir neçə gün sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud vəziyyəti şərh edərək bildirib ki, sözügedən leysan barədə əvvəlcədən xəbərdarlıq alınmışdı: “Lakin mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi.
Nasos stansiyaları həddindən artıq yüklənib, boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirib.
Bu isə onu göstərir ki, şəhər infrastrukturu – ilk növbədə kanalizasiya sistemi – yeni yanaşmaları zəruri edir”.
Onun sözlərinə görə, ötən ilin oktyabr ayında baş vermiş təbii fəlakətdən dərhal sonra məsul və aidiyyəti qurumların rəhbərləri ilə operativ şəkildə görüş keçirilib: “Bir müddət öncə isə Bakı Şəhər İcra Hakimiyyətinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb.