Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Bakını niyə su basır? Yaxud tuneli bağlamaq çıxış yoludur?

Bakını niyə su basır? Yaxud tuneli bağlamaq çıxış yoludur?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər qeyri-sabit hava şəraiti paytaxt infrastrukturunda bir sıra nöqsanları da üzə çıxardı. 

Paytaxtın bir sıra ərazilərini su basması da bu istiqamətdə problemlərin olduğunu göstərdi. 

Həmin ərəfədə müvafiq qurumlar mövcud nöqsanlarla barışmasalar da, reallıq ortada idi. Bir neçə gün sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud vəziyyəti şərh edərək bildirib ki, sözügedən leysan barədə əvvəlcədən xəbərdarlıq alınmışdı: 

“Lakin mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi. Nasos stansiyaları həddindən artıq yüklənib, boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirib. Bu isə onu göstərir ki, şəhər infrastrukturu – ilk növbədə kanalizasiya sistemi – yeni yanaşmaları zəruri edir”. 

Onun sözlərinə görə, ötən ilin oktyabr ayında baş vermiş təbii fəlakətdən dərhal sonra məsul və aidiyyəti qurumların rəhbərləri ilə operativ şəkildə görüş keçirilib: 

“Bir müddət öncə isə Bakı Şəhər İcra Hakimiyyətinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirmələrə əsasən, bu proqramın icrası azı iki il davam edəcək. Bu kimi problemlər dünyanın ən inkişaf etmiş ölkələrində belə mövcuddur. Lakin bizim vəziyyətimizdə obyektiv amil də buna əlavə olunur: 

mövcud mühəndis-kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulmuşdu. Halbuki indi həmin ərazilərdə çoxmərtəbəli yaşayış kompleksləri ucaldılıb. Hazırkı infrastruktur bu qədər su həcmi ilə fiziki cəhətdən öhdəsindən gələ bilmir və biz bu cür hallarla qarşılaşmağa ən azı daha iki il ərzində hazır olmalıyıq”. 

Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib. Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər. 

Paytaxtda yaranmış vəziyyət və icra başçısının bununla bağlı şərhi bir sıra sualları ortaya çıxarır. Əgər “sözügedən leysan barədə əvvəlcədən xəbərdarlıq alınmışdı” deyilirsə, hansı tədbirlər görülmüşdü ki, paytaxtın bir sıra ərazilərində “qayıqla üzmək” ehtiyacı yarandı? 

Yaxud “paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılan bu proqramın icrası azı iki il davam edəcəksə”, demək, qarşıdan gələn illərdə də güclü yağış yağarsa, Bakı yenə eyni aqibəti yaşayacaq? Yaxud göstərilir ki, mövcud mühəndis-kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulsa da indi həmin ərazilərdə çoxmərtəbəli yaşayış kompleksləri ucaldılıb ki, həmin infrastruktur bu qədər su həcmi ilə fiziki cəhətdən öhdəsindən gələ bilmir. 

Bəs, çoxmərtəbəli yaşayış evləri tikilərkən, bu nəzərə alınmamışdı?

Kommunikasiya sistemi uyğun deyildisə, niyə onun istifadəsinə icazə verilirdi? Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, Bakı şəhər Kanalizasiya Birliyi 1960-70-ci illərdə qurulub, sonrakı illərdə əsaslı islahatlar, əlavə kanalizasiya xətlərinin çəkilməsi təxminən 2010-2015 –ci illər arasında aparılıb: 

“Su-kanalizasiya sahəsinə çox böyük yatırımlar oldu. Ancaq şəhərdə müəyyən ərazilərdə həddindən artıq çox binanın inşaası zamanı kanalizasiya xətlərinin çəkilməsi mümkün olmayıb. Düşünmürəm ki, bu, çox ciddi problem yaradıb.  1950-ci ildə, Sovet dövründə inşa olunmuş “Bağırov körpüsü” 70 ildən çox istismar olunub. Bu illər ərzində heç vaxt o ərazini su basmayıb. Ancaq son 6 ay ərzində 2 dəfə bu hal baş verib. Çox güman ki, kanalizasiya xətlərinə normadan çox çirkab yığılıb”. 

Ekspert ümumilikdə yeni tikilən binalarla bağlı elə də problem görmür:

“Çünki kanalizasiya xətləri yaşayış binalarına qoşulur. Yaşayış binalarından gələn su o borunun həcminə uyğun olur. Ancaq birdən-birə leysan yağanda şəhərin su-kanalizasiya xətlərini qüsurlu işləməsi tamamilə başqa bir faktdır. Həddindən artıq su həcmi gəlir və kanalizasiya xətti onu ötürməyə çatdırmır. Problemlərin müşahidə olunduğu ərazilərdən biri də Sabunçu stansiyasının qarşısıdır. Oranı həmişə su basır, son vaxtlar “Bağırov körpüsü”nün belə vəziyyətini görürük. 

Şəhərdə çökək yerlər var ki, orada əlavə kanalizasiya xətlərinin çəkilməsi, bu istiqamətdə tədbirlərin görülməsi lazımdır. Əlavə kanalizasiya xətləri çəkilsə, o problem həll olar. Memarlıq xəritələri və xətləri var ki, o kanalizasiya xətləri ona uyğun qoşula bilər. Yəni girişlərə-çıxışlara məhdudiyyət qoymaqdansa, başqa yol tapılmalıdır. Məsələn, “Bağırov körpüsü”nü bağlamaq düzgün deyil. Bu problemin həll olması istiqamətində işlər aparılmalıdır. Demək ki, kanalizasiya xətləri çirklənib, dolub, normal işləmir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Bakı su basma tunel Elnur Azadov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Aprel 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri