Bakını tıxac və bahalıqdan xilas edəcək QƏRAR | Icma.az
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Azərbaycanda evdən və məsafədən iş rəsmiləşir.
Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb.
İşçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə “Məsafədən (distant) iş” anlayışı gətirilib.
Yeni dəyişikliyə əsasən, məsafədən (distant) iş dedikdə əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsini nəzərdə tutur.
Bu dəyişiklik xüsusilə regionlardan şəhərə köç tendensiyasını zəiflədə bilər.
Belə ki, regionlarda yaşayan insanlar üçün yeni imkanlar yaranır.
Əmək fəaliyyəti üçün kənddən şəhərə köçmək və ya hər gün yola çıxmaq zərurəti əhəmiyyətli dərəcədə azalacaq.
Bununla yanaşı, yeni qaydaların iqtisadi və sosial təsirləri ilə bağlı bir sıra suallar aktuallaşır.
Tam oxu
Xəbəri oxu