Icma.az
close
up
RU
Bakını tıxac və bahalıqdan xilas edəcək QƏRAR

Bakını tıxac və bahalıqdan xilas edəcək QƏRAR

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda evdən və məsafədən iş rəsmiləşir. 

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb. İşçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə “Məsafədən (distant) iş” anlayışı gətirilib. 

Yeni dəyişikliyə əsasən, məsafədən (distant) iş dedikdə əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsini nəzərdə tutur. 

Bu dəyişiklik xüsusilə regionlardan şəhərə köç tendensiyasını zəiflədə bilər. Belə ki, regionlarda yaşayan insanlar üçün yeni imkanlar yaranır. Əmək fəaliyyəti üçün kənddən şəhərə köçmək və ya hər gün yola çıxmaq zərurəti əhəmiyyətli dərəcədə azalacaq. 

Bununla yanaşı, yeni qaydaların iqtisadi və sosial təsirləri ilə bağlı bir sıra suallar aktuallaşır. Məsələn, distant işin yayılması paytaxtda nəqliyyat yükünü və tıxacları azalda bilərmi? Həmçinin, bu, kirayə bazarına necə təsir göstərər? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda məsafədən işin rəsmiləşməsi kirayə bazarına təsir göstərə bilər. Onun sözlərinə görə, amma bu təsir birbaşa və dərhal qiymətlərin düşməsi demək deyil: 

“Şəhərlərdə kirayə tutan insanların bir hissəsi indiyə qədər işə görə Bakıda qalırdı. Məsafədən işləmək imkanı genişlənsə, həmin insanlar kənddə və ya rayonlarda qalaraq işlərini kompüter vasitəsilə görə biləcəklər. Bu da şəhərdə kirayə evlərə olan tələbatı müəyyən qədər azalda bilər. 

Tələb azalsa, qiymətlərin aşağı düşməsi mümkündür. Ancaq bunun əks istiqamətli təsirləri də ola bilər. Dünyada aparılan bəzi araşdırmalar göstərir ki, məsafədən iş bəzən kirayə və ev qiymətlərini artırır, çünki insanlar evdə daha çox vaxt keçirdikləri üçün daha geniş və komfortlu yaşayış sahəsi istəyirlər. Nəticədə ümumi tələbat azalmaq əvəzinə dəyişir və yenə də yüksək olaraq qalır”. 

Akif Nəsirli qeyd edib ki, distant iş kirayə qiymətlərini azalda bilər, amma bu proses sürətli olmayacaq:

“Azərbaycanda kirayə bazarı son illər onsuz da yüksək tələbatla xarakterizə olunur.  Remote işin (məsafədən iş) yayılması bəzi insanların şəhərə köçmə ehtiyacını azalda bilər, amma bunun kirayə qiymətlərinə ciddi və sürətli təsiri həm iqtisadi şəraitdən, həm də nə qədər insanın real olaraq distant işləməyə keçəcəyindən asılı olacaq. Qısa desək, kirayə qiymətlərinin düşməsi mümkündür, amma bunun baş verəcəyini əminliklə demək olmaz. Effekt mərhələli və müxtəlif amillərlə bağlı olacaq”. 

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Əmək Məcəlləsindəki dəyişikliklərin tıxac probleminin həlli ilə əlaqələndirilməsi maraqlı və əslində doğru yanaşmadır: 

“Pandemiya dövründə karantin müddətində əhalinin müəyyən saatlarda küçəyə çıxması qadağan edilmişdi, iş yerlərinin bir çoxu isə fəaliyyət göstərmirdi. Həmin vaxt işçilər məsafədən, yəni distant formada işləyirdilər və nəticədə həm Bakıda, həm də ümumilikdə respublika yollarında avtomobillərin sayı xeyli azalmışdı”. 

Nəqliyyat eksperti əlavə edib ki, ən azından bu dəyişikliklər bir çoxları üçün gündəlik səyahət ehtiyacını azalda bilər: 

“Məsələn, digər şəhərdə yaşayıb Bakıda işləyən və ya əksinə, Bakıda yaşayıb başqa şəhərdə çalışan insanların hər gün şəhərlər arasında gedib-gəlməsinə lüzum qalmaya bilər. Bu isə avtomobil sayının azalmasına, nəticə etibarilə sıxlığın və tıxacların minimuma enməsinə səbəb olar. Təbii ki, yolda avtomobil sayı azalırsa, onda sıxlıq da azalır və bu sıxlıq tıxaca çevrilmir. 

Qeyd edim ki, hazırda gün ərzində qonşu şəhər və qəsəbələrdən Bakıya təxminən 300 min avtomobil daxil olur və axşam saatlarında şəhəri tərk edir. Bu fakt özü də tıxacların yaranmasına ciddi təsir göstərir”. 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: tıxac bahalıq Akif Nəsirli Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri