Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Samir Əliyev: “İlk olaraq metrodan başlamaq olar”Sentyabr ayına qədəm qoyduqdan sonra yollarda maşınların sayının artdığı müşahidə olunur.
Sentyabrın 15-dən, yəni yeni dərs ili başlayandan etibarən tıxacların daha da artacağı gözlənilir.
Əslində, yay aylarında da tıxacsız günlərimiz olmur. Dərs ili başlayanda isə tıxaclar dözülməz həddə çatır.
Yenə də tıxaclar ucbatından işə və görüşlərə gecikmələr, yollarda lüzumsuz zaman itkisi ilə qarşılaşacağıq.Tıxac problemi dünyanın demək olar ki, bütün ölkələrində mövcuddur.
Xüsusilə də paytaxt sakinləri pik saatlarda böyük çətinliklər yaşayır.
Azərbaycan isə bəlkə də nadir ölkələrdəndir ki, burada pik saatı müəyyənləşdirmək mümkün deyil.
Günün istənilən saatında tıxacların “qurbanı” ola bilərsiniz.Tıxacların aradan qaldırılması ilə bağlı atılan addımlar isə nəticə vermir, çünki bu addımlar kompleks xarakter daşımır.