Icma.az
close
up
RU
BAKINI TIXACDAN NECƏ XİLAS ETMƏK OLAR? İqtisadçı 3 yol təklif edir

BAKINI TIXACDAN NECƏ XİLAS ETMƏK OLAR? İqtisadçı 3 yol təklif edir

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Samir Əliyev: “İlk olaraq metrodan başlamaq olar”

Sentyabr ayına qədəm qoyduqdan sonra yollarda maşınların sayının artdığı müşahidə olunur. Sentyabrın 15-dən, yəni yeni dərs ili başlayandan etibarən tıxacların daha da artacağı gözlənilir. Əslində, yay aylarında da tıxacsız günlərimiz olmur. Dərs ili başlayanda isə tıxaclar dözülməz həddə çatır. Yenə də tıxaclar ucbatından işə və görüşlərə gecikmələr, yollarda lüzumsuz zaman itkisi ilə qarşılaşacağıq.

Tıxac problemi dünyanın demək olar ki, bütün ölkələrində mövcuddur. Xüsusilə də paytaxt sakinləri pik saatlarda böyük çətinliklər yaşayır. Azərbaycan isə bəlkə də nadir ölkələrdəndir ki, burada pik saatı müəyyənləşdirmək mümkün deyil. Günün istənilən saatında tıxacların “qurbanı” ola bilərsiniz.

Tıxacların aradan qaldırılması ilə bağlı atılan addımlar isə nəticə vermir, çünki bu addımlar kompleks xarakter daşımır. Məsələn, yollar genişləndirilir, lakin bu, yalnız qısamüddətli effekt verir. Şəhərsalma mütəxəssisləri bildirir ki, yeni və geniş yollar avtomatik olaraq daha çox maşının həmin istiqamətə yönəlməsinə səbəb olur. Yəni nə qədər yolu genişləndirsən, bir o qədər çoxlu maşın həmin yoldan istifadə edəcək.

İctimai nəqliyyat üçün ayrıca zolaqlar yaradıldı, amma bu zaman yolun digər hissəsində tıxaclar daha da artdı. Əlbəttə, bu addım düzgün idi – heç olmasa ictimai nəqliyyatın funksionallığı artmağa başladı. Lakin bu zolaqlar digər maşınların hərəkət imkanlarını məhdudlaşdırdı və bəzi küçələrdə avtomobillərin gediş zolaqları dəfələrlə azaldıldı. Çünki avtobus zolaqları ilə yanaşı, hələlik populyar olmayan velosiped zolaqları da əlavə edildi.

Qarşıda bizi yeni tıxac dövrü gözləyir. Buna paralel olaraq narazılıqlar, hökumətdən gözləntilər və müxtəlif təkliflər də artacaq.


İqtisadçı ekspert Samir Əliyevin fikrincə, hökumətin əsas hədəfi yolları genişləndirmək və şəxsi avtomobillərin istifadəsini məhdudlaşdırmaq deyil, ictimai nəqliyyatı əhali üçün daha cəlbedici etmək olmalıdır. Onun sözlərinə görə, müəyyən hallarda şəxsi avtomobillərlə bağlı məhdudiyyətlər tətbiq oluna bilər, lakin əsas diqqət ictimai nəqliyyatın populyarlaşdırılmasına yönəldilməlidir.


Bunun üçün nə edilə bilər? Ekspert təkliflərini açıqlayıb:

-İctimai nəqliyyatın tezliyinin artırılması.

Məsələn, hər gün Sumqayıt–Xırdalan–Bakı–Xırdalan–Sumqayıt marşrutu üzrə qatar hərəkət edir. Hazırda bu istiqamətdə qatarlar gün ərzində cəmi 10-12 reys (əsasən səhər və axşam saatlarında) yerinə yetirir. Halbuki bu reyslər gün ərzində hər 20-30 dəqiqədən bir təşkil olunsa, sərnişinlərin sayı da artar. Hazırda bu marşrut üzrə qatarlar saat 10:30–16:00 arası və 21:00-dan sonra fəaliyyət göstərmir. Halbuki mütəmadi reyslər Sumqayıt–Bakı yolundakı tıxacları əhəmiyyətli dərəcədə azalda bilər.

-Metro xəttinin uzadılması.

Metro xəttinin Xırdalana qədər uzadılması Bakı–Sumqayıt yolundakı tıxacların azalmasına səbəb ola bilər. Bu barədə dəfələrlə yazılıb və bildiyim qədərilə, Xocahəsəndən Xırdalana metro xətti çəkmək üçün ciddi maneələr yoxdur. Metro xəttinin çəkilməsi həm də ekoloji baxımdan faydalıdır.

-İctimai nəqliyyatın pulsuz olması.

İctimai nəqliyyatda qiymətlərin bahalaşacağı ilə bağlı xəbərlərin dolaşdığı bir vaxtda belə bir təklif utopik səslənə bilər. Lakin niyə də yox? Lüksemburq, Malta, Serbiya və hətta vaxtilə Azərbaycanla eyni siyasi-iqtisadi məkana daxil olan Estoniyada ictimai nəqliyyat pulsuzdur. Fransa, Böyük Britaniya, Polşa, İsveç, İslandiya kimi ölkələrin bəzi şəhərlərində də sərnişinlər pulsuz nəqliyyatdan istifadə edə bilirlər. Bu istiqamətdə addım atan ölkələrin sayı getdikcə artır. Azərbaycanda, xüsusilə Bakıda bu modeli tətbiq etmək mümkündür. İlk mərhələdə metroda tətbiq olunması daha real görünür.

İqtisadçı sonda qeyd edib ki, bütün bu tədbirlərlə yanaşı, şəxsi avtomobillərlə bağlı müəyyən məhdudiyyətlərin tətbiqinə də başlamaq mümkündür.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Sentyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri