Bakını yağışa təslim edənlər | Icma.az
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir neçə gündür gündür ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən ölkə ərazisində havanın qeyri-sabirt keçəcəyi, o cümlədən paytaxtda leysan xarakterli yağışın olacağı, arabir intensivləşəcəyi ilə bağlı ard-arda xəbərdarlıq edilir.
Aprelin 16-da yağışın aramsız güclü olacağı, gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmadığı da xəbərdarlıqda yer alırdı.
Belə hava şəraitinin aprel ayının 17-dək davam edəcəyi gözlənilir.
Artıq hava ilə bağlı xəbərdarlıq edilən günlərdə ölkədə, o cümlədən paytaxtda qeyri-sabit hava müşahidə edilir.
Güclü külək və yağışın yağması bir sıra fəsadlar yaradıb, bəzi əraziləri su basıb.
Hətta yollara yağış sularının dolması ictimai nəqliyyatın da hərəkətini çətinləşdirib.
Bəzi yollarda, məsələn, paytaxtın Binəqədi rayonu ərazisində və Abşeron rayonu Masazır qəsəbəsində, Xərdalanda suyun səviyyəsinin çox olması avtobusların salonuna dolmasına gətirib çıxarıb.
Tam oxu
Xəbəri oxu