Icma.az
close
up
RU
Bakını yağışa təslim edənlər

Bakını yağışa təslim edənlər

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir neçə gündür gündür ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən ölkə ərazisində havanın qeyri-sabirt keçəcəyi, o cümlədən paytaxtda leysan xarakterli yağışın olacağı, arabir intensivləşəcəyi ilə bağlı ard-arda xəbərdarlıq edilir. 

Aprelin 16-da yağışın aramsız güclü olacağı, gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmadığı da xəbərdarlıqda yer alırdı. Belə hava şəraitinin aprel ayının 17-dək davam edəcəyi gözlənilir. 

Artıq hava ilə  bağlı xəbərdarlıq edilən günlərdə ölkədə, o cümlədən paytaxtda qeyri-sabit hava müşahidə edilir. Güclü külək və yağışın yağması bir sıra fəsadlar yaradıb, bəzi əraziləri su basıb. Hətta yollara yağış sularının dolması ictimai nəqliyyatın da hərəkətini çətinləşdirib. Bəzi yollarda, məsələn, paytaxtın Binəqədi rayonu ərazisində və Abşeron rayonu Masazır qəsəbəsində, Xərdalanda suyun səviyyəsinin çox olması avtobusların salonuna dolmasına gətirib çıxarıb. 

Fövqəladə Hallar Nazirliyi tərəfindən baş verən fəsadların aradan qaldırılması məqsədilə Bakı və Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub. Onu da vurğulayaq ki, bu, hava şəraiti ilə bağlı yaranan problem ilk deyil. 

Belə ki, hər dəfə güclü yağış yağdıqda küçələrdən sel axmasının, nəinki evlərin, avtomobillərin, avtobusların belə suda "üzməsinin" şahidi oluruq. Hətta ötən il güclü yağış nəticəsində yaranan sel bir nəfər vətəndaşın ölümü ilə nəticələnib. Burada əsas məqam isə baş verə biləcək fəsadın qarşısını almaq üçün əvvəlcədən lazımi tədbirlərin görülməməsidir. Hər il  bütün müvafiq qurumlar payıza, qışa, yaza hazır olduqlarını deyirlər. 

Vəziyyət isə bunun tam əksini göstərir, müvafiq qurumlar işlərinin öhdəsindən lazımınca gəlmədiyi üçün paytaxt iflic vəziyyətə düşüb. Yaranmış vəziyyətlə bağlı sosial şəbəkədə öz münasibətini bildirən iqtisadçı-ekspert Natiq Cəfərli  "Allah üzümüzə baxıb ki, Bakı tropik zonada, musson yağışlarının hakim olduğu coğrafiyada yerləşməyib. Seçilmiş merə həsrət qalan, belə İcra Hakimiyyəti institutu olan Bakıda hər gün faciələrlə qarşılaşardıq. İldə 2-3 dəfə, Yasamal uşaqları demiş, "nArmAlnı" (yəni, qeyri-adi deyil) yağış yağır, şəhər iflic olur. 

Mən 1,5 saat öncə "Nərimanov" metrosu yaxınlığında gecə yıxılan, yolu kəsən ağacı fotosunu çəkmişəm, hərəkətin gur vaxtına qədər hələ yığışdırmamışdılar",-deyə yazıb. Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında isə deyilir ki, dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib: 

"Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb. Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib. Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir". Yaranmış vəziyyətlə bağlı məsul qurumlardan olan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda bütün su-kanal idarələrinin rəhbərliyi, əməkdaşları, qəza xidməti ərazilərdədir və burada yığılan suyun çəkilməsi ilə bağlı işlərini həyata keçirirlər: 

“Bəzən ərazidə olan kanalizasiya kollektoru, yağış sularını daşımaq üçün istifadə edilən drenaj sistemləri həmin yağıntının miqdarını çox olduğundan daşımaqda çətinlik çəkir. Ancaq kanalizasiya sistemi də normal işləyir. Drenaj sistemləri də həmin ərazilərdə normal işləməsinə baxmayaraq, yağışların fasiləsiz yağması bəzən suların aparılmasına maneçilik yaradır". 

Hər kəsin gözlə gördüyü vəziyyət isə onu göstərir ki,  hava şəraiti ilə bağlı bir neçə gündür xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qurumlar heç nəyi nəzərə almayıblar. Şəhər iflic vəziyyətinə düşdükdən sonra tədbir görməyə çalışırlar. Yəqin ki, kanalizasiya sistemləri vaxtında təmizlənsəydi, bir sıra kanalizasiya qapaqları asfalt örtüyü altında qalmasaydı, yağış sularını ötürməyə kifayət edərdi. 

Bəlkə də belə problem yaranmaması üçün kanalizasiya xətlərinin sayını artırmaq lazımdır. Ümumiyyətlə, müvafiq qurumlar vaxtında işinin öhdəsindən lazımınca gəlsə, sakinlər bu cür problemlə üzləşməzlər. Çünki bu gün yaranmış acınacaqlı vəziyyət ilk hadisə deyil və yəqin ki, son da olmayacaq. Müvafiq qurumlar isə ancaq fəsadın yaranmaması üçün deyil, baş verdikdən sonra aradan qaldırmaq üçün çalışaırlar. Əgər buna çalışmaq demək mümkün olarsa...

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: Bakı yağış subasma iflic

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Aprel 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri