Bakının bu ərazilərində kirayə evlər bahalaşdı | Icma.az
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq. Universitetlərin açılmasına sayılı günlər qalır.
Hər il olduğu kimi, bu dəfə də rayonlardan gələn tələbələrin kirayə ev axtarışı aktuallaşıb.
Xüsusilə paytaxt Bakıda universitetlərə yaxın ərazilərdə evlərin qiymətləri əsas müzakirə mövzularından birinə çevrilib.
Maraqlıdır, bu il kirayə mənzil bazarında qiymətlər necə dəyişib?
Əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, hər il avqust ayının ikinci yarısından sentyabrın sonuna qədər kirayə ev bazarında istehlakçılar, xüsusən də tələbələr ciddi problemlərlə üzləşirlər.
Ekspertin sözlərinə görə, keçən il olduğu kimi, bu il də vəziyyət acınacaqlıdır: “Qiymətlər fantastik dərəcədə yüksəlib, münasib qiymətə ev tapmaq çox çətindir.
Xüsusilə yeni qəbul olunmuş tələbələr daha çox əziyyət çəkirlər.
Əvvəlki illərdə oxuyan tələbələr az-çox təcrübələrindən yararlanaraq ev tapmağı bacarır, 3-4 nəfər birləşib birlikdə kirayə götürür və bunu qiymətlər qalxmazdan əvvəl edirdilər.
Tam oxu
Xəbəri oxu