Icma.az
close
up
RU
Bakının bu ərazilərində kirayə evlər bahalaşdı

Bakının bu ərazilərində kirayə evlər bahalaşdı

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Universitetlərin açılmasına sayılı günlər qalır. Hər il olduğu kimi, bu dəfə də rayonlardan gələn tələbələrin kirayə ev axtarışı aktuallaşıb. Xüsusilə paytaxt Bakıda universitetlərə yaxın ərazilərdə evlərin qiymətləri əsas müzakirə mövzularından birinə çevrilib. Maraqlıdır, bu il kirayə mənzil bazarında qiymətlər necə dəyişib?

Əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, hər il avqust ayının ikinci yarısından sentyabrın sonuna qədər kirayə ev bazarında istehlakçılar, xüsusən də tələbələr ciddi problemlərlə üzləşirlər.

Ekspertin sözlərinə görə, keçən il olduğu kimi, bu il də vəziyyət acınacaqlıdır:

“Qiymətlər fantastik dərəcədə yüksəlib, münasib qiymətə ev tapmaq çox çətindir. Xüsusilə yeni qəbul olunmuş tələbələr daha çox əziyyət çəkirlər. Əvvəlki illərdə oxuyan tələbələr az-çox təcrübələrindən yararlanaraq ev tapmağı bacarır, 3-4 nəfər birləşib birlikdə kirayə götürür və bunu qiymətlər qalxmazdan əvvəl edirdilər. Amma birinci kurs tələbələri həm təcrübəsiz olduqlarına, həm də digər tələbə dostlarını tapmaqda çətinlik çəkdiklərinə görə münasib ev tapa bilmirlər”.

E.Azadov qeyd edib ki, hazırda qiymətlər iyun ayının əvvəli ilə müqayisədə 25–30 faiz bahalaşıb:

“Bu il də xüsusən Elmlər Akademiyası və ətraf ərazilərdə qiymətlər ən yüksək həddədir. İkinci yerdə digər metro stansiyalarına yaxın mənzillər dayanır. Üçüncü yerdə isə əsas prospektlər və nəqliyyat axını olan küçələr yerləşir. Əsas problem münasib əmlak tapmaqdır. İstər satış, istərsə də icarə bazarında vəziyyət çətinləşib. Satışda da ipoteka ilə mənzil almaq istəyən vətəndaşlar çətinliklə üzləşirlər. Çünki sənədləşmə müddəti qısa olduğundan satıcılar bundan sui-istifadə edir və endirim etmək əvəzinə qiymətləri artırırlar. Məsələn, əvvəllər 350–400 manat arası olan mənzillər indi təxminən 550 manata təklif olunur. Ərazi amili də burada mühüm rol oynayır, yəni mərkəzə yaxın yerlərdə tələbat çox olduğuna görə qiymətlərdə artım daha kəskin hiss olunur. Ən çox bahalaşma isə bir otaqlı və kompakt mənzillərdə müşahidə edilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Sentyabr 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri