Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Fransa Prezidenti Emmanuel Makronun son zamanlarda İsraillə bağlı açıqlamaları və qər
Parisin Səudiyyə Ərəbistanı ilə birlikdə Fələstin dövlətinin tanınması üçün hərəkətə keçdiyi bildirilir.
Məlumata görə, hətta bir neçə ölkə HƏMAS-ın yer almadığı Fələstini müstəqil dövlət kimi tanımağa razılaşıb.
İsrailin Baş naziri Benyamin Netanyahunun Emmanuel Makrona zəng edərək bu addımdan çəkindirməyə çalışdığı iddia olunur.
Son olaraq Təl-Əvivin 22-24 aprel tarixlərində İsrail və Fələstin ərazisinə səfər etməli olan 27 fransız solçu deputatın vizalarını səfərə 48 saat qalmış ləğv etməsi birmənalı qarşılanmadı.
Fransa-İsrail gərginliyinin səbəbi nədir? Fələstin məsələsində Parisin bu qədər aktiv və kəskin çıxış etməsi nədən qaynaqlanır?
Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, dekolonizasiyadan sonra Fransa Marseldən Məşriqə qədər uzanan təsir dairəsini saxlamağa çalışır: “Fransanın Cibuti, BƏƏ və Livandakı hərbi bazaları şəbəkəsi və Əlcəzair, Mərakeş və Tunisdəki dərin mədəni əlaqələri, onu həm Vaşinqtonun birqütblü imkanlarına, həm də Ankaranın yenidən canlanan Osmanlı iddialarına qarşı bir çəki kimi yerləşdirir.
Hərbi əməliyyatlarda təmkinsiz və daha güclü tərəf olan İsrail müəyyən risklər daşıyır.