Icma.az, Cebheinfo saytına istinadən bildirir. “Azərbaycanın mənzil bazarında qiymətlər real bazar prinsipləri əsasında formalaşmır”.
Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Cümhuriyət”-ə açıqlamasında deyib.
O bildirib ki, bütün sahələrdə süni qiymət artımı var: “Bütün sahələrdə olduğu kimi mənzil bazarında da qiymətləri süni şəkildə artırırlar.
Bir müddət əvvəl bu sahə ilə bağlı araşdırma apardım. Mütəxəssislərlə apardığımız hesablamalar nəticəsində bir kvadratmetr mənzilin xərcinin
Bu məbləğə vergilər, tikintidə iştirak edən əməkdaşların əməkhaqqıları və lazımi materiallar aiddir.
Lakin Bakı şəhərində bazarda mənzilin kvadratının qiyməti təxminən 1500-2000 min manatdan başlayır. Bu isə xərcdən 2-3 dəfə çoxdur.
Hətta paytaxtımızda kvadratı 10 min manata belə təklif olunan mənzillər var”.
Partiya sədri mənzillərin bu qədər baha qiymətlərlə satışa çıxarılmasının səbəblərindən danışıb: “Mənzillərin qiymətlərinin kəskin şəkildə bahalaşmasında sahibkarın və mənzil-tikinti kooperativlərinin (MTK) torpağı aldığı qiymətin rolu var.