Icma.az
close
up
RU
Bakının ev bazarında MTK soyğunçuluğu

Bakının ev bazarında MTK soyğunçuluğu

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Azərbaycanın mənzil bazarında qiymətlər real bazar prinsipləri əsasında formalaşmır”. 

Bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, bütün sahələrdə süni qiymət artımı var:

“Bütün sahələrdə olduğu kimi mənzil bazarında da qiymətləri süni şəkildə artırırlar. 

Bir müddət əvvəl bu sahə ilə bağlı araşdırma apardım. Mütəxəssislərlə apardığımız hesablamalar nəticəsində bir kvadratmetr mənzilin xərcinin 700 manatdan yuxarı olmadığı ortaya çıxdı. Bu məbləğə vergilər, tikintidə iştirak edən əməkdaşların əməkhaqqıları və lazımi materiallar aiddir. 

Lakin Bakı şəhərində bazarda mənzilin kvadratının qiyməti təxminən 1500-2000 min manatdan başlayır. Bu isə xərcdən 2-3 dəfə çoxdur. Hətta paytaxtımızda kvadratı 10 min manata belə təklif olunan mənzillər var”. 

Partiya sədri mənzillərin bu qədər baha qiymətlərlə satışa çıxarılmasının səbəblərindən danışıb: “Mənzillərin qiymətlərinin kəskin şəkildə bahalaşmasında sahibkarın və mənzil-tikinti kooperativlərinin (MTK) torpağı aldığı qiymətin rolu var. 

Mənim dediyim 700 manat sırf tikinti üçün xərclənən məbləğdir. Torpağın qiymətini də üzərinə gələndə, bu rəqəm təxminən 900-1000 manata yaxınlaşır.

Lakin yenə də kvadratı 2-10 min manat arasında satışa çıxarılan mənzillər var. Bəs buna səbəb nədir?” 

Partiya sədrinin fikrincə, burada 2 səbəb ön plana çıxır:

“Birinci, torpaq qiymətlərinin həddindən artıq baha olmasıdır. İkincisi isə tikintiyə nəzarət edən bəzi dövlət qurumlarının sahibkardan qeyri-rəsmi aldığı vəsaitlərdir. Bunların hamısı da yekunda mənzilin qiymətinin üzərinə gəlir”.

Həmsöhbətimiz onu da əlavə edib ki, mənzillərin yerinə görə qiymət müəyyənləşdirilir: 

“Məsələn, 100 sot torpaq alınırsa, onun təxminən 40-45 faizində tikinti aparmaq olar. Yerdə qalan hissə isə həyətyanı sahə olmalıdır. Evi tikən MTK sahibi isə torpağı satın alanda xərclədiyi pulları mənzilin qiymətinin üzərinə gəlir. Obyektiv səbəb bununla bağlıdır. Lakin istənilən halda mənzil bazardakı qiymətlərə baxılmalıdır”. 

Ağasif Şakiroğlu vurğulayıb ki, bəzi vətəndaşlar MTK-ların fəaliyyətindən əziyyət çəkirlər:

“Çünki 1 mənzil 3-4, hətta 10 nəfərə satılır. MTK-ların sərbəst müqavilə əsasında satış aparmasına məhdudiyyət qoyulmalıdır. 

Satışlar yalnız notariat ofislərində həyata keçirilməlidir. MTK sahibi ilə alıcı arasında bütün sənədləşmə işləri notariat qaydada aparılmalıdır. 

Mərkəzi sistem olarsa, eyni mənzili başqasına satmaq istəyəndə, notarius onu müəyyən edə bilər. Lakin MTK ofisində baş tutan satışlar dələduzluq hallarını artırıb. Hesab edirəm ki, bu sahəyə ciddi nəzarət olmalıdır”. 

Onun sözlərinə görə, mənzil bazarında qiymətlərin müəyyənləşməsi üçün aşağıdakı addımlar atılmalıdır: 

“Mənzilin ərsəyə gəlməsininin ümumi rəsmi qiyməti çıxarılmalıdır. Üstəlik, buna nəzarət edən bir qurum da olmalıdır. Düşünürəm ki, kvadratı 1000-1100 manata başa gələn mənzilin kvadratının 1500 manata müəyyənləşməsi kifayət qədər optimaldır. Lakin bu qiymətin 4-5 min manat olması reallıqdan uzaqdır.

Yəni MTK-ların süni qiymət artımına imkan verilməməlidir”. 

A. Şakiroğlu diqqətə çatdırıb ki, mənzil bazarı çox problemli sahədir: 

“MTK-lar özləri daxili qaydalar müəyyənləşdirirlər. Onların etdiyi oğurluqdur, soyğunçuluqdur. Çünki onların fəaliyyətinə nəzarət edən yoxdur. 

MTK-lar onlara nəzarət edən qurum olmadığı üçün mənzili 2-3 dəfə baha sataraq vətəndaşları talamaqla məşğul olurlar. Müvafiq qurumlar onlara nəzarət etməlidirlər. Çünki bu sahədə yüz milyonlarla, bəlkə də milyardlarla pul var”.

 Elmir Mustafa
​​​​​​"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri