Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yanvarın 28-də Prezident İlham Əliyevin sədrliyilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı müzakirə edilib.
Nəqliyyat məsələləri üzrə ekspertlər Rauf Ağamirzəyev və Aslan Əsədovla müşavirədə toxunulan məsələləri Modern.az-a şərh ediblər.
Rauf Ağamirzəyev qeyd edib ki, dünənki müşavirədə önəmli məqamlara toxunulub: “Düşünürəm ki, başlanılan işlərin davamı gələcək, Bakı və Abşeron mobilliyi baxımından daha geniş ərazini əhatə edəcək.
Buna qədər görülən işlərə nəzər yetirsək, 2023-cü ildən çəkindirici alət olan zona saatlıq parkinq sistemi işə salınıb.
Bu çox önəmlidir, şəhərin ən bahalı resursu qeyri-səmərəli istifadə olunurdu və çəkindirici alətdən yetərincə istifadə olunmurdu.
Amma zona saatlıq parkinq sistemi işə düşdükdən sonra müəyyən qisim insanlar fərdi nəqliyyatla səfərlərin daha alternativ növlərlə təşkilinə ilkin səbəb oldu.