Icma.az
close
up
RU
Bakının nəqliyyat damarı şaxələnəcək Müşavirədən GÖZLƏNTİLƏR

Bakının nəqliyyat damarı şaxələnəcək Müşavirədən GÖZLƏNTİLƏR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvarın 28-də Prezident İlham Əliyevin sədrliyilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı müzakirə edilib.

Nəqliyyat məsələləri üzrə ekspertlər Rauf Ağamirzəyev və Aslan Əsədovla müşavirədə toxunulan məsələləri Modern.az-a şərh ediblər.

Rauf Ağamirzəyev qeyd edib ki, dünənki müşavirədə önəmli məqamlara toxunulub:

“Düşünürəm ki, başlanılan işlərin davamı gələcək, Bakı və Abşeron mobilliyi baxımından daha geniş ərazini əhatə edəcək. Buna qədər görülən işlərə nəzər yetirsək, 2023-cü ildən çəkindirici alət olan zona saatlıq parkinq sistemi işə salınıb. Bu çox önəmlidir, şəhərin ən bahalı resursu qeyri-səmərəli istifadə olunurdu və çəkindirici alətdən yetərincə istifadə olunmurdu. Amma zona saatlıq parkinq sistemi işə düşdükdən sonra müəyyən qisim insanlar fərdi nəqliyyatla səfərlərin daha alternativ növlərlə təşkilinə ilkin səbəb oldu. Keçən il ərzində ayrılmış avtobus, velosiped zolağı şəbəkəsi salındı. 31 küçədə mobilliyin tranformasiyası proqramı çərçivəsində yeni reallığa uyğun şəbəkələşmiş avtobus və zolaqlar yaradıldı. Bu da eyni küçədə fərqli hərəkət üçün qısa zamanda şəraitin yaradılması idi. Bu şərait nəticəsində avtobuslarda orta sürət artdı, səfər edənlərin sayı artdı, həmçinin şəhərdə olmayan mikromobillik üçün şəbəkə yaradıldı. Yaradılan infrastruktur bu növə yönəlməyə səbəb oldu. Yəni eyni sərnişinlər artıq fərqli hərəkət növlərinə yönəldilər. Bu da ümumi küçə-yol şəbəkəmizdəki vəziyyətə müsbət təsir etdi”.
 

Ekspert bildirib ki, şəhərin onurğa sütunu relsli nəqliyyatdır:
 

“Bura çox sərnişinləri daşıya biləcək və daha uzun müddət xidmət edəcək nəqliyyat metro, tramvay, şəhərətrəfaı elektirk qatarı daxildir. Bu yöndə də cari ilin əvvəlində ilkin məlumatlar verildi və dünənki iclasda da həmin  məqamlara toxunuldu. Çox güman ki, böyük bir proqram təsdiq olunacaq. İlkin verilən xəbərlərə görə, 5 ildə 10 yeni metrostansiya tikiləcək. Eyni zamanda metro və dəmiryolunun keçmədiyi ərazilərdə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub. Şəhərətrafı elektrik qatarında sərnişindaşımanı 4-5 dəfə artırmaq planlaşdırılıb. Düşünürəm ki, bu yanaşmalar şəhər yollarındakı sıxlığın aradan qaldırımasına müsbət təsir edəcək və ciddi bir alternativ formalaşdıracaq. Həmçinin düşünürəm ki, şəhərətrafı dairəvi yolun tikintisinə ehtiyac var. O məsələ də müşavirədə qeyd olunub. Bəzi yollar da tikiləcək, hansı ki, şəhərdaxili hərəkətə birbaşa təsir edəcək. Ən önəmlisi qısa məsafədə piyada səkilərinin abadlaşdırılmasıdır. Bakının daxilində məsafə o qədər də uzun deyil, Yeni Günəşlidən 28 Maya, 28 Maydan Yeni Yasamala, yaxud 28 Maydan Biləcəri istiqamətinə baxsaq, 10 kilometrlik radiusda olan küçə və prospektlərdən söhbət gedir. Amma bunların özlərinin boya-boy səkisi və qısa məsafədə keçidləri yoxdur. Eyni səviyyədə insanların küçənin bir tərəfindən digər tərəfinə keçməsi və hərəkəti üçün şərait yaradılmalıdır. İnsanlar özləri piyada, yaxud skuter, metro, avtobus, şəhərətrafı elektrik qatarı və tramvayla səfər edəcəklərini seçə bilsinlər. Bu gün görülən işlər doğrudur, amma bu sahəyə qoyulan investisiyaları artırmaq lazımdır. Çeşidli, üstünlüyü təmin olunmuş, maliyyə dayanıqlılığı təmin olunmuş ictimai nəqliyyatdan söhbət gedir, bunun üçün də daşıyıcılarla biznes model dəyişməlidir, brutto müqavilələrə keçid olunmalıdır ki, daşıyıcılar dayanıqlı fəaliyyət göstərə, kredit cəlb edə, avtoparkını daha sürətli dəyişə, ən önəmlisi isə daha peşəkar sürücüləri işlədə bilsinlər. Bunun üçün maaş daha yüksək olmalıdır, bir növdən başqa növə keçid üçün brutto müqavilələrə keçid olmalıdır. Müəyyən sosial qruplarımıza (tələbələr, pensionerlər, veteranlar) güzəşt edilməsi üçün bu biznes modelinə keçid olunmalıdır”.
 

Ekspert Aslan Əsədov vurğulayıb ki, Prezidentin dünənki müşavirədə çıxışı 3 əsas istiqamət üzrə qurulmuşdu:


“Birinci istiqamət son 20 ilin nəqliyyat infrastrukturunun ümumi olaraq xarakterizə edilməsi, görülən işlər və gələcək planlar. Təbii ki, görülən göz qabağındadır, biz bunu alqışlayırıq. O cümlədən qarşıda duran əsas məsələlərdən biri də tıxacdır. Tıxacın aradan qaldırılması üçün verilən təkliflər, xarakterizə edilən məsələlər araşdırılacaq. Cənab Prezindent də bu sahədə təkliflərə baxılacağını bildirdi. Digər bir məsələ isə Bakı şəhərində yeni nəqliyyat infrastukturunun qurulması ilə bağlı idi. Nazir Rəşad Nəbiyevin çıxışına əsaslansaq, Bakı bundan sonra insanyönümlü, mikromobilliyi dəstəkləyən layihələr əsasında inkişaf etdiriləcək. Bu da yeni infrastruktur çəkilməsi deməkdir. Yeni metro xətlərinin çəkilməsi, avtomobil yollarının, tunel və keçidlərin inşaası nəzərdə tutulur”.


Ekspertin sözlərinə görə, qeyd olunan əsas elementlərdən biri də hava limanları ilə bağlı idi:


“Bildiyimiz kimi Azərbaycanda son 20 ildə 4 beynəlxalq hava limanı inşa edilib. Gəncə, Qəbələ, Naxçıvanda yerləşən hava limanları beynəlxalq statusludur. Digər bir məsələ isə ölkədə infrastrukturun predmeti olacaq yeni nəqliyyat qovşaqlarının yaradılmasıdır. Yəni vətəndaş a məntəqəsindən b məntəqəsinə gedən zaman minimum nəqliyyat vasitəsindən istifadə etsin. Vətəndaşın xərci nə qədər az olarsa, avtomatik olaraq tıxacın həllinə və vətəndaşın sosial rifahına müsbət təsir edəcək. Bizim də təklifimiz bundan ibarətdir ki, layihələr həyata keçirilərkən, vətəndaşların xərcləri minimuma endirilsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see255

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see213

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see151

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see147

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see131

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see124

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri