Bakıya gələn sərnişində gizlədilən dərman vasitələri aşkarlanıb

08.09.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Mumbay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə və baqajına stasionar rentgen qurğusu da tətbiq edilməklə baxış keçirilib.

Yoxlama zamanı vətəndaşa məxsus karton qutunun içərisindəki sobanın müxtəlif hissələrində gömrük nəzarətindən gizlədilən 77 920 manat dəyərində dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью