Bakıya gələn sərnişində gizlədilən dərman vasitələri aşkarlanıb
Icma.az bildirir, Milli.az portalına istinadən.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Mumbay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə və baqajına stasionar rentgen qurğusu da tətbiq edilməklə baxış keçirilib.
Yoxlama zamanı vətəndaşa məxsus karton qutunun içərisindəki sobanın müxtəlif hissələrində gömrük nəzarətindən gizlədilən 77 920 manat dəyərində dərman vasitələri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub
14 Oktyabr 2026 15:11
Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb
25 İyul 2025 16:06
Yararlılıq müddəti bitmiş dərman vasitələri aşkarlanıb
03 Mart 2025 10:40
İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb
13 Avqust 2026 17:20
Kartof yükündə gizlədilən külli miqdarda dərman gömrükdə aşkarlanıb FOTO
06 Dekabr 2025 10:52
Baxış sayı:156
Bu xəbər 08 Sentyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















