Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda avtomobil həvəskarlarının kütləvi şəkildə üz tutduğu "Chevrolet Equinox" modelləri ilə bağlı xoşagəlməz faktlar ortaya çıxıb.
Son dövrlər ikinci əl avtomobil bazarında daha çox tələb olunan bu nəqliyyat vasitələrinin alt hissəsinin və şassisinin qısa müddətdə çürüməsi sürücülərin əsas şikayət mövzusuna çevrilib.
Problemin yaranmasında bir neçə əsas amil rol oynayır. Ölkəyə gətirilən bu modellərin böyük hissəsi okean sahili ştatlarından və ya daşqın zonalarından auksionlar vasitəsilə alınır. Duzlu su mühərrik xanasına və kuzovun altına nüfuz edərək metalın daxildən sürətlə paslanmasına yol açır.
Digər tərəfdən, ABŞ-nin soyuq ştatlarında qış mövsümündə yollara səpilən kimyəvi maddələr və texniki duz avtomobilin alt hissəsinə yapışaraq illərlə metalı sıradan çıxarır.
Mütəxəssislər bildirir ki, istehsalçı şirkət bu modellərdə antikorroziya qatını nazik tətbiq etdiyi üçün daş və palçıq zərbələri qoruyucu təbəqəni tez pozur. Drenaj kanallarının tutulması isə suyun daxildə yığılıb qalmasına və travers hissələrinin çürüməsinə zəmin yaradır.
Mütəxəssislər bu modeli almaq istəyənlərə nəqliyyat vasitəsini almazdan öncə mütləq altını yoxlatmağı və tarixçəsini araşdırmağı tövsiyə edir.
Qeyd olunur ki, paslanma yeni başlayıbsa, dərhal xüsusi anti-korroziya maddələri ilə qoruyucu qat çəkdirməklə təhlükənin qarşısını almaq mümkündür.
Vüsal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Son dövrlər ikinci əl avtomobil bazarında daha çox tələb olunan bu nəqliyyat vasitələrinin alt hissəsinin və şassisinin qısa müddətdə çürüməsi sürücülərin əsas şikayət mövzusuna çevrilib.
Problemin yaranmasında bir neçə əsas amil rol oynayır. Ölkəyə gətirilən bu modellərin böyük hissəsi okean sahili ştatlarından və ya daşqın zonalarından auksionlar vasitəsilə alınır. Duzlu su mühərrik xanasına və kuzovun altına nüfuz edərək metalın daxildən sürətlə paslanmasına yol açır.
Digər tərəfdən, ABŞ-nin soyuq ştatlarında qış mövsümündə yollara səpilən kimyəvi maddələr və texniki duz avtomobilin alt hissəsinə yapışaraq illərlə metalı sıradan çıxarır.
Mütəxəssislər bildirir ki, istehsalçı şirkət bu modellərdə antikorroziya qatını nazik tətbiq etdiyi üçün daş və palçıq zərbələri qoruyucu təbəqəni tez pozur. Drenaj kanallarının tutulması isə suyun daxildə yığılıb qalmasına və travers hissələrinin çürüməsinə zəmin yaradır.
Mütəxəssislər bu modeli almaq istəyənlərə nəqliyyat vasitəsini almazdan öncə mütləq altını yoxlatmağı və tarixçəsini araşdırmağı tövsiyə edir.
Qeyd olunur ki, paslanma yeni başlayıbsa, dərhal xüsusi anti-korroziya maddələri ilə qoruyucu qat çəkdirməklə təhlükənin qarşısını almaq mümkündür.
@stormqumlama ♬ orijinal ses - NavisStorm-Qumlama
Vüsal
Demokrat.az