Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı Video
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda avtomobil həvəskarlarının kütləvi şəkildə üz tutduğu "Chevrolet Equinox" modelləri ilə bağlı xoşagəlməz faktlar ortaya çıxıb.
Son dövrlər ikinci əl avtomobil bazarında daha çox tələb olunan bu nəqliyyat vasitələrinin alt hissəsinin və şassisinin qısa müddətdə çürüməsi sürücülərin əsas şikayət mövzusuna çevrilib.
Problemin yaranmasında bir neçə əsas amil rol oynayır. Ölkəyə gətirilən bu modellərin böyük hissəsi okean sahili ştatlarından və ya daşqın zonalarından auksionlar vasitəsilə alınır. Duzlu su mühərrik xanasına və kuzovun altına nüfuz edərək metalın daxildən sürətlə paslanmasına yol açır.
Digər tərəfdən, ABŞ-nin soyuq ştatlarında qış mövsümündə yollara səpilən kimyəvi maddələr və texniki duz avtomobilin alt hissəsinə yapışaraq illərlə metalı sıradan çıxarır.
Mütəxəssislər bildirir ki, istehsalçı şirkət bu modellərdə antikorroziya qatını nazik tətbiq etdiyi üçün daş və palçıq zərbələri qoruyucu təbəqəni tez pozur. Drenaj kanallarının tutulması isə suyun daxildə yığılıb qalmasına və travers hissələrinin çürüməsinə zəmin yaradır.
Mütəxəssislər bu modeli almaq istəyənlərə nəqliyyat vasitəsini almazdan öncə mütləq altını yoxlatmağı və tarixçəsini araşdırmağı tövsiyə edir.
Qeyd olunur ki, paslanma yeni başlayıbsa, dərhal xüsusi anti-korroziya maddələri ilə qoruyucu qat çəkdirməklə təhlükənin qarşısını almaq mümkündür.
Vüsal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

@stormqumlama ♬ orijinal ses - NavisStorm-Qumlama
Vüsal
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Çindən Bakıya gətirilən birinci əl maşınlarda nöqsanlar üzə çıxdı VİDEO
20 Avqust 2025 11:03
Dəhşətli fakt üzə çıxdı Ermənistan Bakıya təzminat ödəyəcək?
18 Aprel 2025 18:05
Pezeşkian üzə çıxdı VİDEO
13 Mart 2026 15:55
Vardanyan Bakıya qarşı gizli müharibəyə başlayır? Detallar üzə çıxdı
19 Fevral 2026 18:51
Rusiyadan gətirilən bu yağlarda problem çıxdı Foto
20 Aprel 2026 17:57
Baxış sayı:77
Bu xəbər 03 Sentyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları