Bakıya qar yağacaq? 3 gün ərzində... | Icma.az
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yanvarın 10-da məşhur hava proqnozu platforması olan "Windy.com" saytına istinadla Bakıya qar yağacağı barədə proqnozlar tirajlanıb.
Milli.Az xəbər verir ki, həmin məlumatda yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı, temperaturun kəskin enəcəyi bildirilirdi.
Artıq 2 gündür Bakıda günəşli, dəyişkən buludlu lakin yağıntısız hava şəraiti müşahidə olunur.
Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq Mövzu ilə bağlı Ölkə.Az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib ki, uzunmüddətli hava poqnozları etibarlı olmur.
O, hava proqnozlarının dəqiqlik ehtimalından da danışıb: "Təəssüf ki, insanlarımız Bakıya qar yağacağı ilə məlumatın mənbəyini araşdırmadan təşvişə düşmüşdü.
Biz Milli Hidrometeorologiya Xidməti olaraq əsasən sutkalıq, 3 sutkalıq proqnozları tərtib edirik.
Çünki bu məlumatların etibarlılığı daha yüksəkdir. Biz növbəti 3 gün ərzində yağış və ya qar olacağını, temperatur rejiminin necə dəyişəcəyi
Tam oxu
Xəbəri oxu