Icma.az
close
up
RU
Bakıya qar yağacaq? 3 gün ərzində...

Bakıya qar yağacaq? 3 gün ərzində...

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 10-da məşhur hava proqnozu platforması olan "Windy.com" saytına istinadla Bakıya qar yağacağı barədə proqnozlar tirajlanıb.

Milli.Az xəbər verir ki, həmin məlumatda yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı, temperaturun kəskin enəcəyi bildirilirdi. Artıq 2 gündür Bakıda günəşli, dəyişkən buludlu lakin yağıntısız hava şəraiti müşahidə olunur.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Mövzu ilə bağlı Ölkə.Az-a danışan  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib ki, uzunmüddətli hava poqnozları etibarlı olmur. O, hava proqnozlarının dəqiqlik ehtimalından da danışıb: 

"Təəssüf ki, insanlarımız Bakıya qar yağacağı ilə məlumatın mənbəyini araşdırmadan təşvişə düşmüşdü. 

Biz Milli Hidrometeorologiya Xidməti olaraq əsasən sutkalıq, 3 sutkalıq proqnozları tərtib edirik. Çünki bu məlumatların etibarlılığı daha yüksəkdir. Biz növbəti 3 gün ərzində yağış və ya qar olacağını, temperatur rejiminin necə dəyişəcəyini 90%-ə qədər ehtimalla deyə bilirik. Bu məlumatlar daha etibarlıdır, nəinki aylıq, fəsillik, daha uzunmüddətli proqnozlar. 

Hava məlumatları ilə bağlı saytlar vətəndaşların qarşısına çox çıxır. Həmin saytlar özləri də qeyd edir ki, məlumatlar gündə bir neçə dəfə yenilənir, dəqiqləşmə aparılır. Düşünürəm ki, "windy.com"dakı hava məlumatının şərhi düzgün olmayıb. Çünki həmin sayt məlumatları heç vaxt bu şəkildə yayımlamır".

Qurum rəsmisi açıqlamasında yanvar və fevral ayları ilə bağlı əvvəlcədən verilən ümumi proqnozları da xatırladıb:

"Ötən ilin dekabr ayında rəsmi açıqlama vermişdik ki, respublikamızda yanvar-fevral aylarında havanın temperaturu iqlim normasına yaxın, bəzi ərazilərdə hətta az olacağı gözlənilir. Ölkəmizin iqlim xarakterisitikasına uyğun olaraq yanvar-fevral ayları qışın daha sərt keçdiyi dövrlərdir. Amma havanın bəzi günlərdə şaxtalı, qarlı keçməsi də istisna olunmurdu. Bu, artıq özünü doğruldur. Bölgələrimizdə, dağlıq, dağətəyi ərazilərimizdə gecə saatlarında -20 dərəcəyədək şaxtalı günlər qeydə alınıb.  

Amma yaxın 3 gün ərzində Bakıya qar yağacağı ilə bağlı gözləntimiz yoxdur. Artıq ayın 21-dir, temperatur iqlim normasına çox yaxındır. Havanın temperaturunun enməsi gözlənilmir. Qarın yağması üçün temperatur aşağı düşməlidir ki, gözlənilən yağıntının qara keçmə ehtimalı olsun".

G.Abbasova respublikada yaxın 3 gün ərzində gözlənilən hava şəraiti ilə bağlı da məlumat verib:

Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam  bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-şərq küləyi 5-10  m/s. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. 

Yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə  və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi 8-13 m/s, gündüz arabir 15-18 m/s, temperatur gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. 

Yanvarın 24-də isə hava şəraiti əyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Cənub-qərb küləyi 8-13 m/s, gündüz şimal-qərb küləyi 5-10 m/s, temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti olacaq. 

Azərbaycanın rayonlarında yanvarın 22-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var.   

Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi 5-10 m/s,  arabir 15 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.

Yanvarın 23-24-də isə bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. 23-ü axşam tədricən kəsiləcək, 24-də əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi 5-10 m/s, 23-də  bəzi şərq rayonlarında arabir 20-25 m/s-dək güclənəcək. 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq". /Yenisabah.az

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Yanvar 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri