Bakıya uçan təyyarə quşlarla toqquşdu Məşhurlar da həmin reysdə idi Video

22.03.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Moskvadan Bakıya uçan “Aeroflot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havada quşlarla toqquşduqdan sonra Şeremetyevo hava limanına geri qayıdıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində təyyarə planlaşdırılan marşrutu davam etdirə bilməyib və təhlükəsizlik prosedurlarına uyğun olaraq geridönüş qərarı verilib.

Məlumata əsasən, təyyarənin göyərtəsində azərbaycanlı müğənnilər Almaxanım Əhmədli və Talıb Tale də olub.

“Aeroflot”un yaydığı açıqlamada bildirilib ki, eniş uğurla həyata keçirilib, hər iki mühərrik normal işləyib və təyyarədə texniki nasazlıq qeydə alınmayıb. Təyyarə enişdən sonra dayanacaq yerinə yönləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью