Bakıya uçan təyyarə quşlarla toqquşdu Məşhurlar da həmin reysdə idi Video
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Moskvadan Bakıya uçan “Aeroflot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havada quşlarla toqquşduqdan sonra Şeremetyevo hava limanına geri qayıdıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində təyyarə planlaşdırılan marşrutu davam etdirə bilməyib və təhlükəsizlik prosedurlarına uyğun olaraq geridönüş qərarı verilib.
Məlumata əsasən, təyyarənin göyərtəsində azərbaycanlı müğənnilər Almaxanım Əhmədli və Talıb Tale də olub.
“Aeroflot”un yaydığı açıqlamada bildirilib ki, eniş uğurla həyata keçirilib, hər iki mühərrik normal işləyib və təyyarədə texniki nasazlıq qeydə alınmayıb. Təyyarə enişdən sonra dayanacaq yerinə yönləndirilib.
Bu mövzuda digər xəbərlər:Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub qayıtdı
22 Mart 2026 16:23
Vaşinqtondan Londona uçan təyyarə quşlarla TOQQUŞDU
27 Aprel 2025 21:43
Təyyarə quşlarla toqquşdu, mühərrik alovlandı Video
01 Mart 2025 22:58
Tbilisiyə uçan təyyarə Bakıya endi
27 May 2025 21:53
Məşhurlar Dubayda toyda Video
19 Oktyabr 2026 12:31
Baxış sayı:150
Bu xəbər 22 Mart 2026 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















