Bako Saakyanın “qəhrəman” elan etdiyi erməniyə İrəvanda heykəl qoyuldu

28.01.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvarın 28-də İrəvanın 147 nömrəli ibtidai məktəbinin ərazisində ermənilərin “Qarabağ qəhrəmanı” adlandırdığı Robert Abacyanın abidəsinin açılışı olub.

Abidənin açılışı zamanı məktəb direktoru Marqarita Ovannisyan Robert Abacyanın vətənini öz həyatından üstün tutduğunu bildirib. "Bu gün Ordu Günüdür və bu gün təsadüfən seçilməyib. Hər bir əsgər vətən sevgisini hiss etsin. Ermənistan Ordusuna eşq olsun", - deyə o qeyd edib.

Bu gün Ermənistanda ordunun yaranmasının 34-cü ildönümünü qeyd edir.

Xatırladaq ki, ona 2016-cı il aprelin 2-dən 5-dək Aprel döyşüləri zamanı qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət sərhədi”nin müdafiəsində görə separatçı rejimin  ən yüksək mükafatı olan "Qaranağ Qəhrəmanı" adı və "Qızıl Qartal" ordeni verilib. Ona bu adı separatçı rejimin “prezidenti” Bako Saakyan verib.

Qarabağdakı separatçı rejimin keçmiş "rəhbəri" Bako Saakyan Azərbaycan Respublikası tərəfindən saxlanılaraq hazırda Bakıda mühakimə olunur. O, separatçılıq, silahlı birləşmələr yaratma və digər ağır cinayətlərdə ittiham edilir. 

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью