Bako Saakyanın “qəhrəman” elan etdiyi erməniyə İrəvanda heykəl qoyuldu
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yanvarın 28-də İrəvanın 147 nömrəli ibtidai məktəbinin ərazisində ermənilərin “Qarabağ qəhrəmanı” adlandırdığı Robert Abacyanın abidəsinin açılışı olub.
Abidənin açılışı zamanı məktəb direktoru Marqarita Ovannisyan Robert Abacyanın vətənini öz həyatından üstün tutduğunu bildirib. "Bu gün Ordu Günüdür və bu gün təsadüfən seçilməyib. Hər bir əsgər vətən sevgisini hiss etsin. Ermənistan Ordusuna eşq olsun", - deyə o qeyd edib.
Bu gün Ermənistanda ordunun yaranmasının 34-cü ildönümünü qeyd edir.
Xatırladaq ki, ona 2016-cı il aprelin 2-dən 5-dək Aprel döyşüləri zamanı qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət sərhədi”nin müdafiəsində görə separatçı rejimin ən yüksək mükafatı olan "Qaranağ Qəhrəmanı" adı və "Qızıl Qartal" ordeni verilib. Ona bu adı separatçı rejimin “prezidenti” Bako Saakyan verib.
Qarabağdakı separatçı rejimin keçmiş "rəhbəri" Bako Saakyan Azərbaycan Respublikası tərəfindən saxlanılaraq hazırda Bakıda mühakimə olunur. O, separatçılıq, silahlı birləşmələr yaratma və digər ağır cinayətlərdə ittiham edilir.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 28 Yanvar 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















