Icma.az, Oxu.az saytına istinadən bildirir. Kubra Məhərrəmova yazır...
Dünən yerli KİV-də bu xəbər manşetə çıxdı: Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları "Rossotrudniçestvo"nun Bakıdakı "Rus Evi"nin binasını nəzarətə götürüblər və bununla bağlı müşahidə kameraları quraşdırılıb.
Binaya əməliyyat nəzarəti həyata keçirilir. Bu, o deməkdir ki, əgər dünənə kimi bu "obyekt" uzaqdan nəzarətdə saxlanılırdısa, dünəndən canlı
Bu, həm də o deməkdir ki, Rusiya ilə münasibətlərin rəsmi şəkildə ən yüksək səviyyədə olmasına rəğmən rəsmi Bakı heç kimə qırmızı xətləri ke
Üstəlik bu, siyasi iradə və əzmin daha da möhkəmləndiyindən xəbər verir.
Bu hadisə fonunda digər ölkələrdən olan ekspertlər rəsmi Bakının bu qədər sərrast və dəqiq atəş açmasından yumşaq desək şoka düşüblər.
Bəli, rəsmi Bakı artıq sərhədlərini müəyyənləşdirib. Gəlin bir az əvvələ qayıdaq.
Bir neçə gün əvvəl "Baku TV" Bakının mərkəzində fəaliyyət göstərən "Rus evi"nin Azərbaycanın əleyhinə casusluq fəaliyyəti ilə məşğul olması barədə süjet yayımladı.