Icma.az
close
up
RU
Baku TV rus evi ni yıxdı

Baku TV rus evi ni yıxdı

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Kubra Məhərrəmova yazır...

Dünən yerli KİV-də bu xəbər manşetə çıxdı: Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları "Rossotrudniçestvo"nun Bakıdakı "Rus Evi"nin binasını nəzarətə götürüblər və bununla bağlı müşahidə kameraları quraşdırılıb. Binaya əməliyyat nəzarəti həyata keçirilir.

Bu, o deməkdir ki, əgər dünənə kimi bu "obyekt" uzaqdan nəzarətdə saxlanılırdısa, dünəndən canlı yayım rejimində müşahidə altındadır.

Bu, həm də o deməkdir ki, Rusiya ilə münasibətlərin rəsmi şəkildə ən yüksək səviyyədə olmasına rəğmən rəsmi Bakı heç kimə qırmızı xətləri keçməyə imkan verməyəcək.

Üstəlik bu, siyasi iradə və əzmin daha da möhkəmləndiyindən xəbər verir.

Bu hadisə fonunda digər ölkələrdən olan ekspertlər rəsmi Bakının bu qədər sərrast və dəqiq atəş açmasından yumşaq desək şoka düşüblər.

Bəli, rəsmi Bakı artıq sərhədlərini müəyyənləşdirib.

Gəlin bir az əvvələ qayıdaq. Bir neçə gün əvvəl "Baku TV" Bakının mərkəzində fəaliyyət göstərən "Rus evi"nin Azərbaycanın əleyhinə casusluq fəaliyyəti ilə məşğul olması barədə süjet yayımladı.

Və bildirdi ki, televiziya kanalının öz mənbələrini gizli saxlamaq hüququ var, bu məlumat da araşdırılıb, dəqiqləşdirilib və daha sonra yayımlanıb.

Süjet efirə gedər-getməz Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılır və "Baku TV"nin hazırladığı süjetlə bağlı narahatlıq və irad bildirilir.

Daha sonra Rusiya KİV-də Azərbaycanın, rəsmi Bakının və "Baku TV"nin ünvanına böhtan və qarayaxma aksiyası başlayır.

Buraya qədər hər şey aydındır. Rusiya yüzillərdir eyni, şablon sxemlə işləyir.

Adamın lap "bir az diri oynayın" deməyi gəlir.

İndi keçək növbəti məsələyə.

Niyə "Rus Evi"nin casusluq fəaliyyəti ilə məşğul olduğu şübhə yaratmır?

Rusiya-Ukrayna müharibəsi başlayan gündən dünya ölkələrindən 450-dən çox Rusiya diplomatı deportasiya olunub.

Bu, əldə olan 450 nəfər diplomatik missiya ilə məşğul olanların Rusiya kəşfiyyatına işləməsi həmin ölkələrdə sübuta yetirilib.

Dünyanın aparıcı kəşfiyyat ekspertləri qeyd edirlər ki, ən asan kəşfiyyat modeli də elə budur. Rusiya dünyanın müxtəlif ölkələrinə casuslarını diplomat pasportla göndərir. Çünki bu kəşfiyyatçıya diplomatik toxunulmazlıq haqqını da verir. Təbii ki, belə şəraitlə kəşfiyyat materialları əldə etmək daha asandır. Əlavə olaraq Rusiya kəşfiyyatı yerli agentləri ələ almaq və onlarla əlaqəyə keçmək üçün də külli miqdarda pullar xərcləyir. Açıq internet mənbələrində belə bu rəqəmlər milyonlarla dollar məbləğində qeyd olunur.

Nəzərə alsaq ki, keçmiş Sovet hakimiyyəti dövründə rus kəşfiyyat məktəbi xeyli uğurlar əldə etdiyindən, bu gün də həmin uğurun üzərindən çıxış etməyə çalışır. Amma bir məsələ unudulur, artıq nə zaman o zamandır, nə də köhnə KQB məktəbindən bir şey qalıb.

Rusiya kəşfiyyatı isə Rusiya Ukrayna müharibəsində nə dərəcədə korrupsiyaya bulandığını, kəşfiyyat materiallarının səhv olduğunu bir daha sübut etdi.

Əgər yadınızdadırsa 2022-ci ilin fevralında Rusiya kəşfiyyatı və əks-kəşfiyyatı əmin idilər ki, Rusiya hərbi qüvvələri üç günə Kiyevi işğal edəcək və ukraynalılar rus əsgərlərini gül-çiçəklə qarşılayacaqlar.

Amma və lakin "dünyanın ikinci ən güclü ordusu" nəinki Kiyevdə möhkəmlənə bildi, əksinə Ukrayna Hərbi Qüvvələrinin ciddi qarşıdurması ilə üzləşdi. Bu müqavimətə Ukrayna xalqı da qoşuldu. Üçgünlük xüsusi hərbi əməliyyat üç ildir ki, davam edir.

Bundan əlavə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rus bölmələrinin kolonnalarının Kiyevə doğru hansı istiqamətdə hərəkət edəcəyini də əvvəlcədən müəyyən etmiş və bunu hətta dərc də etmişdi. Təbii ki, Ukrayna kəşfiyyatının bu və buna oxşar digər məlumatı Rusiyanın yüksəksəviyyəli kabinetlərindən, kürsülərindən əldə olunur.

Çünki aydın məsələdir ki, küçədə günəbaxan tumu satan nənədə bu məlumat olmayacaq.

Məncə elə bu fakt sinəsinə döyən Rusiya kəşfiyyatının üzünə vurulan tərs şillədir.

Günü bu gün də Ukraynanın mübarizəsi, ayaqda olması həm də onun Rusiya ilə bağlı kəşfiyyat materiallarının əldə etməsi və ondan yararlanmasının sübutudur.

İndi qayıdaq Bakıda "Hökümət evi"nin arxasında HƏLƏ Kİ fəaliyyət göstərən "Rus evi"nə və onun rəhbəri olan Yevgeniy Primakova.

Əvvəla imperiya iddialarınızı aşağı salın. İkincisi unutmayın ki, Bakı Şərqin və Şərq fəlsəfəsinin ayrılmaz hissəsidir.

Bizim qədim diyar qonağa çox hörmət göstərər, ona ən yaxşı yeməyi, yatmağa ən yaxşı yeri verər. Hətta qonağın "əli əyri" olmasını görsə belə, gözünü yumar. Ona görə yox ki, qorxur, ona görə ki, bizim ədəbimiz fərqlidir.

Bizi Rusiya ilə əsrlər və tarixi hadisələr birləşdirir. Və bilməlisiniz ki, bu yüzillər boyu biz dostumuzu da, düşmənimizi də gözəl tanıyırıq. Və hər ikisinin güclü və zəif tərəflərini də müəyyən etmişik.

Bilirsinizmi, dünyanın ən gözəl xalılarını bizim qadınlar toxuyur. İlmə-ilmə, yavaş-yavaş, səbirlə. Və günlərin bir günü ortaya böyük, rəngarəng bir xalı çıxır.

Amma bu görüntünü əvvəldən heç kim görə bilməz. Xalını toxuyandan başqa. Çünki bütün naxışlar onun beyinində, ilmələr isə onun əlindədir.

Lap kəşfiyyat materialları kimi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Fevral 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri