Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı | Icma.az
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Balakən rayonunun Qazma kənd sakini Bayramov Famil Aslan oğlu tərəfindən ona qarşı törədilən dələduzluq əməllərinə görə 6000 manat pulunun qaytarılmadığı üçün Balakən İcra şöbəsinin məmuru Bəhruzun özbaşına əməllərinin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova və diğər aidiyyəti qurumların rəhbərlərinə 30 aprel 2025-ci il tarixli müraciəti ünvanlanmışdı.
Hurriyyet.az xəbər verir ki, bir nüsxəsi də Aktualinfo.org-a daxil olmuş məktubu biz 01 may 2025-ci il tarixində “Vətəndaş icra məmurunun əməllərindən Ədliyyə naziri Fərid Əhmədova müraciət etdi” başlığı ilə olduğu kimi ictimailəşdirdik və tədbirlər görülməsi üçün aidiyyatı üzrə göndərdik.
Qısa müdət ərzində şikayətçi Famil Aslanov Balakən rayon Prokurorluğuna dəvət olunaraq izahatı alınmışdır.
Şikayətçi Familin əməkdaşımıza verdiyi məlumatlardan aydın olmuşdur ki, aparılan araşdırmalardan dərhal sonra Balakən rayon İcra Şöbəsinin icra məmuru Bəhruz müəllimin özü onunla telefon əlaqəsi saxlayaraq çox ciddi narahat olduğunu bildirmiş, barəsində yazılan şikayətin də detallı və hərtərəfli yazıldığını etiraf etmiş və vaxtilə guya işin sürətlənməsi adı ilə ondan aldığı 200 manatı da nağd formada geri qaytarmışdır.
Eləcə də Bəhruzun yaxın adamları da Familin qapısına minnətçi düşərək ondan şikayətçi olmamağı xahiş etmişlər ki, görək Bəhruz bu problemdən necə “xilas” ola bilir.
Famil də onlarla razılaşmışdır ki, gedin işinizi özünüz həll edin.
Mən əsas Rahilə müəlliməyə oğlunun vaxtilə həbs olunmaması üçün şəxsi fındıq bağını satacağı vədi verərək alıb mənimsədiyi 6000 manatı almağa çalışıram.
Tam oxu
Xəbəri oxu