Icma.az
close
up
RU
Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı

Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Balakən rayonunun Qazma kənd sakini Bayramov Famil Aslan oğlu tərəfindən ona qarşı törədilən dələduzluq əməllərinə görə 6000 manat pulunun qaytarılmadığı üçün Balakən İcra şöbəsinin məmuru Bəhruzun özbaşına əməllərinin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova və diğər aidiyyəti qurumların rəhbərlərinə 30 aprel 2025-ci il tarixli müraciəti ünvanlanmışdı.

Hurriyyet.az xəbər verir ki, bir nüsxəsi də Aktualinfo.org-a daxil olmuş məktubu biz 01 may 2025-ci il tarixində “Vətəndaş icra məmurunun əməllərindən Ədliyyə naziri Fərid Əhmədova müraciət etdi” başlığı ilə olduğu kimi ictimailəşdirdik və tədbirlər görülməsi üçün aidiyyatı üzrə göndərdik. Qısa müdət ərzində şikayətçi Famil Aslanov Balakən rayon Prokurorluğuna dəvət olunaraq izahatı alınmışdır. Şikayətçi Familin əməkdaşımıza verdiyi məlumatlardan aydın olmuşdur ki, aparılan araşdırmalardan dərhal sonra Balakən rayon İcra Şöbəsinin icra məmuru Bəhruz müəllimin özü onunla telefon əlaqəsi saxlayaraq çox ciddi narahat olduğunu bildirmiş, barəsində yazılan şikayətin də detallı və hərtərəfli yazıldığını etiraf etmiş və vaxtilə guya işin sürətlənməsi adı ilə ondan aldığı 200 manatı da nağd formada geri qaytarmışdır. Eləcə də Bəhruzun yaxın adamları da Familin qapısına minnətçi düşərək ondan şikayətçi olmamağı xahiş etmişlər ki, görək Bəhruz bu problemdən necə “xilas” ola bilir. Famil də onlarla razılaşmışdır ki, gedin işinizi özünüz həll edin. Mən əsas Rahilə müəlliməyə oğlunun vaxtilə həbs olunmaması üçün şəxsi fındıq bağını satacağı vədi verərək alıb mənimsədiyi 6000 manatı almağa çalışıram.

Bir daha xatırladaq ki, Famil həmkəndlisi olan Məmmədova Rahilə Məhəmməd qızına 2024-cü ilin əvvəlində ona şəxsi fındıq bağının satılması şərtilə əvvəlcədən Balakən Notariat kontorunda borc müqaviləsi imzalayaraq 7000 ( yeddi min manat) vermişdir. Daha sonra da 1000 manatı onun oğlu olan Sərkərov Pərviz Məmməd oğluna da notarius vasitəsilə vermişdir. Lakin necə oldusa bu ana və oğul sonradan fikirlərindən vaz keçdilər. Və Familə 2000 manat qaytardıqdan sonra qalan 6000 manat pulumu 1 ildən çoxdur ki, qaytarmaqdan vaz keçmişlər. Notariat kontoru rəisinə şikayətdən sonra işicra üçün edilməsi üçün Balakən İcra Şöbəsinə göndərilmişdir. Rahilənin hazırda əmək pensiyası 950 manat olduğu halda Balakən İcra Şöbəsinin icra məmuru olan Bəhruz bildirdi ki, fevral ayından sizə onun kartından 450 manat tutularaq ödənişlər olacaq. Lakin o ödəniş etmək əvəzinə Notariat Kontorunun qəbul etdiyi borcun ödənilməsi barədə qərardan yerli məhkəməyə şikayət vermişdir. Şikayətə 29 mayda baxılması nəzərdə tutulmuşdur. Elə burada “oğru-doğru”zərb məsləsi yada düşür.

Bəli, Familin yuxarı orqanlara etdiyi şikayətdən hiddətlənən Rahilənin Ekologiya Nazirliyində Meşələrin İnkişafı Depertamentində işləyən oğlu Sərkərov Rəşad Məmməd oğlu isə daha qabağa gedərək Famili ona “pəltək” deməklə təhqir etdiyinə görə məhkəməyə verəcəyilə hədələmişdir ki, sonda o anasından 6000 manat pulu istəməkdən vaz keçməyə məcbur olsun.

Bütün bu hadisələrin fonunda hər ay təqaüdündən 450 manat pul tutularaq Famil Aslanova ödənilməsi qərarına rəğmən o yerli prokuroluqda yazdığı öhdəlikdə qeyd etmişdir ki, oktyabrın 1-də 5500 manat pulu fındıq satıb ödəyəcəkdir. İndi isə 500 manat nağd pul verərək F.Aslanovu razı sala bilmişdir. Ürəyiyumşaq olan Famil Bayramov da uzaqgörən və istənilən çətin vəziyyətdən çıxmaqda mahir usta olan Rahilənin bu “tələsi”nə asanlıqla düşmüşdür. Regiondan verilən məlumata görə isə baş verən soyuqlar bu il fındıq məhsulunun çox zəif olacağını deməyə əsas verir. Atalar demişkən- “Yağmadı yağış, bitmədi qamış”. Onda necə olacaq?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 İyun 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri