Icma.az bildirir, Apa.az saytına əsaslanaraq. "Bank BTB" 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, "Bank BTB" 2024-cü ilin IV rübünü 839 min manat xalis zərərlə başa vurub.
Bu əvvəlki ilə nisbətən 70% azdır. Belə ki, 2023-ci ildə bank 2,78 milyon manat xalis zərər açıqlamışdı.
Hesabat dövründə bankın faiz gəlirləri 4% artaraq 31,2 milyon manat, faiz xərcləri isə 0,2% artaraq 18,7 milyon manat təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 6,1 milyon manata ( illik müqayisədə 31,2% çox ), qeyri-faiz xərcləri isə 13,03 milyon manata ( illik müqayisədə 0,6% az ) bərabər olub.
Beləliklə bank bu dövrdə 5,27 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfəyə yaxın çoxdur.
Belə olan halda bankın ili xalis zərərlə bitirməsinə səbəb gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən 4,97 milyon manat xərc yaranması olub.
2023-cü il üzrə bu rəqəm 7,78 milyon manat təşkil edib. Qeyd edək ki, digər hər hansı bankların maliyyə hesabatlarında belə bir xərc maddəsi