Icma.az
close
up
RU
Bank BTB ötən il zərər edib, depozit portfeli 8 mln. manata yaxın azalıb Hesabat

Bank BTB ötən il zərər edib, depozit portfeli 8 mln. manata yaxın azalıb Hesabat

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

"Bank BTB" 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, "Bank BTB" 2024-cü ilin IV rübünü 839 min manat xalis zərərlə başa vurub. Bu əvvəlki ilə nisbətən 70% azdır. Belə ki, 2023-ci ildə bank 2,78 milyon manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə bankın faiz gəlirləri 4% artaraq 31,2 milyon manat, faiz xərcləri isə 0,2% artaraq 18,7 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 6,1 milyon manata ( illik müqayisədə 31,2% çox ), qeyri-faiz xərcləri isə 13,03 milyon manata ( illik müqayisədə 0,6% az ) bərabər olub. Beləliklə bank bu dövrdə 5,27 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfəyə yaxın çoxdur.

Belə olan halda bankın ili xalis zərərlə bitirməsinə səbəb gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən 4,97 milyon manat xərc yaranması olub. 2023-cü il üzrə bu rəqəm 7,78 milyon manat təşkil edib. Qeyd edək ki, digər hər hansı bankların maliyyə hesabatlarında belə bir xərc maddəsi qeyd edilmir.

Cari il yanvarın 1-nə bankın cəmi aktivləri 0.7% və ya 6,34 milyon manat azalaraq 362,8 milyon manata enib. Ötən il "Bank BTB"nin kredit portfeli (müştərilərə verilmiş xalis kreditlər) 0,5% və ya 1,4 milyon manat artaraq 270,4 milyon manata çatıb.

Bu dövrdə” "Bank BTB"nin cəmi öhdəlikləri 311,3 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin əvvəlinə nisbətən 3,2% və ya 10,4 milyon manat azdır. Bankın depozit portfeli (Müştərilərin depozitləri) ötən il 5% və ya 7,7 milyon manat azalaraq 145,18 milyon manata enib.

2025-ci il yanvar ayının 1-nə "Bank BTB"nin cəmi kapitalı 8,7% və ya 4,1 milyon manat artaraq 51,47 milyon manat təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Yanvar 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri