Bank əməliyyatları və kibertəhlükəsizlik | Icma.az
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə 8-ci Beynəlxalq Bankçılıq Forumu keçirilib.
Forumda bank-maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosistemi və kibertəhlükəsizlik kimi strateji sahələrdə fikir və təcrübələrin mübadiləsi, bank sisteminin etibarlılıq, təhlükəsizlik və dayanıqlılıq prinsipləri üzərində qurulmasının zəruriliyi barədə ətraflı söhbət açılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı forumda çıxış edib: – Bu gün biz ənənəvi bankçılıq xidmətlərinin artıq kifayət etmədiyi bir dövrdə yaşayırıq.
Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir zamanda istehlakçıların etibarını qazanmaq üçün təkcə maliyyə sabitliyinin təmin olunması kifayət etmir.
Bu proses üçün şəffaflığın, istehlakçı maraqlarının qorunması və yüksək etik standartların tətbiqi də vacibdir.
Bu məqsədlə 2023-cü ilin oktyabr ayından Mərkəzi Bank “Bank xidmətlərindən istifadə üzrə şikayət indeksi” tətbiq edir.
İndeks Mərkəzi Banka daxil olan şikayətlərin, göstərilən maliyyə xidmətlərinin həcmi, eləcə də əhatə dairəsi nəzərə alınaraq proporsionallıq prinsipi əsasında hesablanır və “yuxarı”, “orta” və “aşağı” şikayət indeksi üzrə qruplaşdırılır.
Tam oxu
Xəbəri oxu