Icma.az
close
up
RU
Bank əməliyyatları və kibertəhlükəsizlik

Bank əməliyyatları və kibertəhlükəsizlik

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə 8-ci Beynəlxalq Bankçılıq Forumu keçirilib. Forumda bank-maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosistemi və kibertəhlükəsizlik kimi strateji sahələrdə fikir və təcrübələrin mübadiləsi, bank sisteminin etibarlılıq, təhlükəsizlik və dayanıqlılıq prinsipləri üzərində qurulmasının zəruriliyi barədə ətraflı söhbət açılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı forumda çıxış edib:

– Bu gün biz ənənəvi bankçılıq xidmətlərinin artıq kifayət etmədiyi bir dövrdə yaşayırıq. Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir zamanda istehlakçıların etibarını qazanmaq üçün təkcə maliyyə sabitliyinin təmin olunması kifayət etmir. Bu proses üçün şəffaflığın, istehlakçı maraqlarının qorunması və yüksək etik standartların tətbiqi də vacibdir. Bu məqsədlə 2023-cü ilin oktyabr ayından Mərkəzi Bank “Bank xidmətlərindən istifadə üzrə şikayət indeksi” tətbiq edir. İndeks Mərkəzi Banka daxil olan şikayətlərin, göstərilən maliyyə xidmətlərinin həcmi, eləcə də əhatə dairəsi nəzərə alınaraq proporsionallıq prinsipi əsasında hesablanır və “yuxarı”, “orta” və “aşağı” şikayət indeksi üzrə qruplaşdırılır.

Hesablamaya əsasən, 2024-cü ilin yanvar-oktyabr aylarında müştәrilәrin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksinin orta aylıq maksimum əmsalı 4,45, minimum əmsalı isə 0,18 təşkil edir. Bu indeks istehlakçıların bank xidmətləri ilə bağlı yaşadığı problemləri və bu problemlərin intensivliyini ölçməklə, banklarda xidmət keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır. Bunu aşağıdakı qrafikdən də müşahidə etmək mümkündür:

Qrafik 1.

Qeyd edim ki, bu gün bank əməliyyatlarının kibertəhlükəsizlik standartlarına uyğunlaşdırılması və rəqəmsal ödəniş sistemlərində risklərin idarə edilməsi də vacib məsələlərdəndir. Xüsusilə, elektron bankçılığın və nağdsız ödənişlərin inkişafı məqsədilə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi prioritet təşkil edir. Bu addım nağdsız ödənişlərin dövlət tərəfindən dəstəklənməsinin bariz nümunəsidir.

Belə bir məqamda xatırladım ki, 2023-cü ildə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 2,2 dəfə, həcmi isə 2,1 dəfə artıb. Həmçinin ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin xüsusi çəkisi 12,4 faizə, internet bankçılıq xidmətləri vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 12 faizə, mobil bankçılıq əməliyyatlarının həcmi isə 2 dəfəyə çatıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 2016-cı ildə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, 2018-ci ildə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib. Bundan başqa, ölkədə elektron bankçılıq xidmətlərinin təqdim edilməsi və istifadəsi üzrə tələblər Mərkəzi Bankın “Elektron bankçılıq xidmətlərinin təmin edilməsi və təhlükəsizliyi üzrə metodoloji rəhbərliy”ə əsaslanaraq tənzimlənməyə başlanılıb.

Yeri gəlmişkən, 2023-cü ildə bank sektorunun maliyyə dayanıqlığı baxımından məcmu kapitalında artım və kredit fəallığı müşahidə edilib. Bank sektorunun məcmu kapitalı 8 faiz (417 milyon manat) artaraq 5,6 milyard manata yüksəlib. Bankların kredit portfeli isə il ərzində 18,3 faiz (3,6 milyard manat) artaraq 23,2 milyard manat olub. Bankların istehlak portfeli 20,6 faizə, ipoteka portfeli 21,6 faizə, biznes portfeli 16,2 faizə yüksəlib.

Bankçılıq sektoru ölkə iqtisadiyyatının əsas sütunlarından biri olduğundan dayanıqlı bankçılıq ESİ (ekoloji, sosial və idarəetmə) baxımdan inkişafı dəstəkləyən strategiyalar hazırlamağı tələb edir. Banklar “yaşıl” maliyyələşdirmə və davamlı layihələrin təşviqi ilə cəmiyyətin gələcəyini qorumağa töhfə verə bilərlər.

Bu yaxınlarda Mərkəzi Bankın təsdiqlədiyi “Yaşıl Taksonomiya” sənədini də maliyyə sektorunda dayanıqlı inkişaf və “yaşıl” keçid üzrə strateji hədəflərin realizasiyası baxımından vaxtında atılmış addım hesab etmək olar. Bu sənəd iqtisadi sektorlar üzrə “yaşıl” fəaliyyət növlərinin, alt-növlərinin və onların texniki təsnifat meyarlarının müəyyənləşdirilməsi üzrə təsnifat sistemini özündə əks etdirir. Taksonomiya 10 sektor ilə əhatə olunur. Həmin sektorlara daxildir:

– bərpaolunan enerji;

– enerji səmərəliliyi;

– su resurslarının dayanıqlı idarə edilməsi;

– çirklənmənin qarşısının alınması və çirklənməyə nəzarət;

– “yaşıl” nəqliyyat;

– dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura;

– biomüxtəlifliyin mühafizəsi;

– dairəvi iqtisadiyyat və tullantıların idarə olunması;

– yaşıl binalar və dayanıqlı tikinti;

– yaşıl xidmətlər.

Beynəlxalq səviyyədə “yaşıl” taksonomiyalar, maliyyə sistemini daha “yaşıl” etmək və maliyyə vəsaitlərini dayanıqlı iqtisadi fəaliyyətlərə yönləndirmək üçün vacib bir vasitə sayılır. Bu baxımdan bu sənəd dayanıqlı maliyyəyə ardıcıl yanaşmanın təşviq edilməsi, habelə ekoloji və dayanıqlılıq məqsədlərinə müsbət töhfə verən investisiyaların təşviqi üçün xüsusi əhəmiyyətə malikdir.

Nəzərə almalıyıq ki, ölkəmiz də ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” 5 milli prioritetdən biri olması, Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikasının 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, həmçinin yaxın günlərdə dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən COP29 ölkəmizdə yüksək səviyyədə keçirilməsi qlobal səviyyədə iqlim dəyişikliklərinin yaratdığı zərərlərə qarşı mübarizəyə hədəflənib. Dövlətin ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına xüsusi önəm verməsinin bariz nümunəsi dövlətimizin başçısının COP29 tədbirinin açılış mərasimində söylədiyi “biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik” mesajıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Dekabr 2024 01:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri