Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Son bir neçə gündə DIN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin, nazirliyin rəsmisi Elşad Hacıyevin açıqladığı məlumatlara göz gəzdirirəm.
Statistika sadəcə ağlasığmazdır”.“AzPolitika” bildirir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz “Facebook” səhifəsində yazıb.
Ekspert nazirliyin son 3 gündə bank kartlarından oğurlanan məbləğlərin statistikasını paylaşıb: “7 Aprel — 66,997 AZN8 Aprel — 87,067 AZN 10 Aprel — 24,864 AZNƏslində, DİN-in artıq gündəlik belə bir statistikaları paylaşması özü diqqət cəlb edəndir.
Əvvəllər gündəlik statistikada adətən ayrı növ cinayətlərin məlumatları gözə dəyirdi.
Yəni görünən odur ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və banklar nəhayət ki, real vaxtda işləyən bir anti-fraud sistem qura biliblər.
Bu, artıq bank sektorunda kibercinayətkarlığa qarşı yeni bir mərhələnin başlanğıcıdır.
Artıq kibercinayətkarlıq, bank sektorundakı cinayətlər tam, real vaxtda monitorinq oluna bilir.