Icma.az
close
up
RU
BANK KARTLARINDANKI PULLARIMIZ NECƏ OĞURLANIR? Ekspert şok detalları AÇIQLADI

BANK KARTLARINDANKI PULLARIMIZ NECƏ OĞURLANIR? Ekspert şok detalları AÇIQLADI

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Son bir neçə gündə DIN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin, nazirliyin rəsmisi Elşad Hacıyevin açıqladığı məlumatlara göz gəzdirirəm. Statistika sadəcə ağlasığmazdır”.

“AzPolitika” bildirir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz “Facebook” səhifəsində yazıb.

Ekspert nazirliyin son 3 gündə bank kartlarından oğurlanan məbləğlərin statistikasını paylaşıb:

“7 Aprel — 66,997 AZN

8 Aprel — 87,067 AZN

10 Aprel — 24,864 AZN

Əslində, DİN-in artıq gündəlik belə bir statistikaları paylaşması özü diqqət cəlb edəndir. Əvvəllər gündəlik statistikada adətən ayrı növ cinayətlərin məlumatları gözə dəyirdi.

Yəni görünən odur ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və banklar nəhayət ki, real vaxtda işləyən bir anti-fraud sistem qura biliblər. Bu, artıq bank sektorunda kibercinayətkarlığa qarşı yeni bir mərhələnin başlanğıcıdır. Artıq kibercinayətkarlıq, bank sektorundakı cinayətlər tam, real vaxtda monitorinq oluna bilir. Bütün bunlar isə, şübhəsiz ki, cinayətkar sxemlərin vaxtında ifşasına və qarşısının alınmasına daha yaxşı şərait yaradacaq”.

Ekspert vurğulayır ki, açıqlanan məlumatlardan görünür ki, yenə həmin kordinat, həmin dalğadır: “Fırıldaqçılar müxtəlif sxemlərdən istifadə edərək vətəndaşların etibarını qazanır, müxtəlif üsullarla zəng etməklə özlərini bank işçisi, sığorta agenti, vergi əməkdaşı kimi təqdim edərək şəxsi və maliyyə məlumatlarını əldə edirlər”.

AİF prezidenti daha sonra tövsiyyələrini açıqlayıb: “Nələrə diqqət etmək lazımdır?

Bir daha xatırladırıq ki, bank kartının məlumatlarını – CVV/CVC kodunu, SMS ilə gələn OTP şifrəni, loqin və parolu, PIN kodu paylaşmaq təhlükəlidir! Özünü “bank işçisi”, hansısa dövlət qurumu nümayəndəsi kimi təqdim edən şəxslə birbaşa şəxsi və bank məlumatlarının müzakirəsinə keçmək təhlükəlidir!

Bank kartları ilə olan kibercinayətkarlıqda əsas vasitələrdən birisi xaricdə oturan fırıldaqçının yerli nömrə ilə zəng etməsidir. Adətən bu məqsədlə SİM-box adlanan qurğulardan istifadə edilir. Yəni cinayətkar xaricdə bir ölkədə oturur, başqa bir ölkədə server qurur, Azərbaycanda özünə tərəfdaş tapır, SİM-box-lar Azərbaycana göndərilir və hansısa bir məkanda yerləşdirilir, potensial - "yağlı müştəri" hesab olunacaq vətəndaş müəyyən olunur. Onlarla, yüzlərlə mobil nömrələr - sim kartlar alınaraq SİM-box a yerləşdirilir. Fırıldaqçılar xaricdən olan zəngi məhz həmin SİM-boxla yerli zəng olaraq vətəndaşa yönəldirlər”.

O.Gündüz hesab edir ki, bu tip avadanlıqların ölkəyə gətirilməsi və tətbiqi ilə bağlı məsələlər də sərtləşdirilməlidr. Onun sözlərinə görə, eyni zamanda fərdi məlumatların qorunması istiqamətində daha sərt tədbirlər görülməsinə ehtiyac var: “Gizli deyil ki, xaricdəki cinayətkarlar hansısa bank müştərisi olan, kartında vəsait olan (balansı, bank əməliyyatları diqqət cəlb edən) vətəndaşların siyahısını yalnız sosial şəbəkələrdən, internetdən əldə edə bilməz. Müşahidələr göstərir ki, fırıldaqçılar potensial hədəflərin müəyyən edilməsində daha güvənli məlumatlardan istifadə edirlər.

Şübhələnmək üçün əsaslar var ki, real bank əməliyyatları olan, kartlarında vəsait olan vətəndaşların siyahıları bank və ya mobil operatorlardakı mənbələrdən də sıza bilər. Qonşu ölkələrin təcrübəsinə baxanda da görmək olur ki, bu tip siyahılar qara bazarlarda satışdadır.

Bu baxımdan düşünürəm ki, hökumət, hüquq-mühafizə qurumları kibercinayətkaqlğa qarşı mübarizədə banklarda və mobil operatorlarda vətəndaşlarla bağlı məlumatların qorunmasına, bu tip informasiyaları fırıldaqçılara sızdıranlara qarşı daha sərt tədrbirlər görülməsinə diqqət yetirməlidirlər”.

AİF rəhbəri xatırladır ki, son zamanlar qonşu ölkələrdə - Qazaxıstanda, Rusiyada bu istiqamətdə qanunvericilik xeyli sərtləşdirilib.

“Bu baxımdan, qonşularımızda bu sahədə olan "münbit şəraitdən" əli üzülənlər arasında ölkəmizi kiberhədəf olaraq görmək istəyənlərin sayının artacağını da proqnozlaşdırmaq olar”, - O,Gündüz vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri