“Bank Respublika” kredit ödəmək istəyən müştəriləri çıxılmaz vəziyyətə salır Foto | Icma.a…
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bank Respublika” müştəriləri kredit borcunu ödəyərkən problemlə üzləşirlər. Bankın qaynar xətti isə cavab vermir.
Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən bankın müştərisi İlkin Cəbiyev sosial şəbəkədə məlumat paylaşıb.
O bildirib ki, “Bank Respublika”ya kredit borcunu ödəmək müşkülə çevrilib: “Sözüm “Bank Respublika”yadır, mən sizinlə əlaqə qura bilmirəm.
Haqlı olduğum halda haqsız duruma düşmüşəm! Götürdüyüm kreditin ilk ödəniş günündə əlimdə vəsait ola-ola sizə ödəniş edə bilmədim.
Əvvəlcə sizin özünüzə məxsus DC kartla ödəməyə çalışdım, lakin bu kartın həmin xidməti dəstəkləmədiyini öyrəndim.
Daha sonra bankın qarşısındakı terminaldan ödəmək istədim, amma məndən müştəri kodu tələb olundu.
Onu öyrənmək üçün dəfələrlə qaynar xəttinizə zəng etdim, lakin heç bir cavab ala bilmədim.
Tam oxu
Xəbəri oxu