Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır. “Fermerlər kənd təsərrüfatının müxtəlif sahələrində iş qurmağa, öz təsərrüfatların
Bankların kommersiya şərtləri ağır olduğu üçün bu gün fermerlər kredit almaqda çətinlik çəkirlər.
Banklar digər sahələrlə müqayisədə, kənd təsərrüfatı ilə məşğul olan fermerlərə kredit verməkdə maraqlı deyillər.
Buna görə də fermerlər və sahibkarlar daim banklardan şikayətlənirlər”.Bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov deyib.
O bildirib ki, aqrar sektorda qeydiyyat yoxdur və bu sahədə fəaliyyət göstərən müəssisələrin mənfəət göstəricilərini müəyyən etmək çətindir.
Bəzi fermerlərə məxsus kənd təsərrüfatı əhəmiyyətli tikililərin, avadanlıqların və ya daşınmaz əmlakın sənədlərində problemlər var.
Bununla yanaşı, aqrar sahədə risklər çoxdur. Bu da bəzi hallarda bankları kredit ayırmaqdan yayındırır, onların bu sahəyə ehtiyatla yanaşmas
İndiki şərtlər daxilində bir neçə ciddi amil kənd təsərrüfatının maliyyələşməsi istiqamətində bank sektorunun maraqlarına mənfi təsir edir”.