Banklar fermerlərə kredit verməkdən niyə çəkinir? SƏBƏBLƏR
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
“Fermerlər kənd təsərrüfatının müxtəlif sahələrində iş qurmağa, öz təsərrüfatlarını yaratmağa çalışsalar da, ən böyük problem maliyyə məsələsidir. Bankların kommersiya şərtləri ağır olduğu üçün bu gün fermerlər kredit almaqda çətinlik çəkirlər. Banklar digər sahələrlə müqayisədə, kənd təsərrüfatı ilə məşğul olan fermerlərə kredit verməkdə maraqlı deyillər. Buna görə də fermerlər və sahibkarlar daim banklardan şikayətlənirlər”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, aqrar sektorda qeydiyyat yoxdur və bu sahədə fəaliyyət göstərən müəssisələrin mənfəət göstəricilərini müəyyən etmək çətindir. Bəzi fermerlərə məxsus kənd təsərrüfatı əhəmiyyətli tikililərin, avadanlıqların və ya daşınmaz əmlakın sənədlərində problemlər var. Bununla yanaşı, aqrar sahədə risklər çoxdur. Bu da bəzi hallarda bankları kredit ayırmaqdan yayındırır, onların bu sahəyə ehtiyatla yanaşmasına səbəb olur:
“Fermer təsərrüfatları üzrə bazar şərtləri uyğun olsa, banklar məmuniyyətlə həmin sektora pul yatırar. İndiki şərtlər daxilində bir neçə ciddi amil kənd təsərrüfatının maliyyələşməsi istiqamətində bank sektorunun maraqlarına mənfi təsir edir”.
Ekspert qeyd edib ki, banklar kredit vermək üçün likvid aktivlər tələb edir. Bu zaman ucqarda fəaliyyət göstərən fermerdən Bakı şəhəri və ya Abşeron yarımadasında yerləşən daşınmaz əmlakın girov qoyulması tələb olunur. Banklar bu tələbi ödəmək imkanında olmayan fermerlərin müraciətini müsbət dəyərləndirmir.
Sevinc,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 05 Fevral 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















