BANM in Brend tələbə ləri mükafatlandırılıb FOTOLAR | Icma.az
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend
AzEdu.az və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, portalın müxbiri Esmira Əliyeva, BANM-in Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova, Kimya mühəndisliyi kafedrasının müdiri Rima Quliyeva, İnformasiya texnologiyaları kafedrasının müdiri ⁠Nailə Allahverdiyeva və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatlandırma mərasimi Sevda Zərgərovanın nitqi ilə başlayıb.
O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib: “Bakı Ali Neft Məktəbində tələbələrimiz həm akademik, həm də şəxsi inkişaf baxımından böyük uğurlar əldə edirlər.
Hər bir tələbəmiz təqdim olunan meyarlara tam uyğun gəlir və bu onların zəhmətinin göstəricisidir. Bugünkü görüş bizi çox məmnun etdi.
Bir daha hər birinizə təşəkkür edir, bütün tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıram".
Daha sonra Ləman Novruzova layihənin tələbələr arasında sağlam rəqabət və motivasiya yaratmasından danışıb, onları təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb: "Minlərlə tələbə arasından seçilən 10 nəfərdən biri olmaq həm böyük fəxr, həm də ciddi məsuliyyətdir.
Tam oxu
Xəbəri oxu