Icma.az
close
up
RU
BANM in Brend tələbə ləri mükafatlandırılıb FOTOLAR

BANM in Brend tələbə ləri mükafatlandırılıb FOTOLAR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

AzEdu.az və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, portalın müxbiri Esmira Əliyeva, BANM-in Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova, Kimya mühəndisliyi kafedrasının müdiri Rima Quliyeva, İnformasiya texnologiyaları kafedrasının müdiri ⁠Nailə Allahverdiyeva və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Sevda Zərgərovanın nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib:

“Bakı Ali Neft Məktəbində tələbələrimiz həm akademik, həm də şəxsi inkişaf baxımından böyük uğurlar əldə edirlər. Hər bir tələbəmiz təqdim olunan meyarlara tam uyğun gəlir və bu onların zəhmətinin göstəricisidir. Bugünkü görüş bizi çox məmnun etdi. Bir daha hər birinizə təşəkkür edir, bütün tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıram".

Daha sonra Ləman Novruzova layihənin tələbələr arasında sağlam rəqabət və motivasiya yaratmasından danışıb, onları təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb:

"Minlərlə tələbə arasından seçilən 10 nəfərdən biri olmaq həm böyük fəxr, həm də ciddi məsuliyyətdir. Uğurlu tələbələri təhsil aldıqları ali məktəblər daima tanıyır və təqdim edir, lakin kənardan dəstək və tanınma tələbələr üçün əlavə stimuldur. "Brend tələbə" adına layiq olmanız təsadüf deyil, bu, zəhmətinizin, bacarıqlarınızın və yüksək keyfiyyətlərinizin nəticəsidir. İnanıram ki, gələcəkdə də bu etimadı doğruldacaq və nailiyyətlərinizi daha da artıracaqsınız.

AzEdu.az Təhsil Portalı artıq 3 ildir ki, bu layihəni uğurla həyata keçirir. İlk illərdə 20 universitetin iştirak etdiyi layihəyə bu dəfə 29 ali məktəb qoşulub. Bu təşəbbüs həm tələbələrin motivasiyasını yüksəldir, həm də ali təhsil müəssisələrini uğurlu tələbələri dəstəkləməyə təşviq edir".

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Radmila Musayeva – İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi;

Fatimə Nəsirova – Kimya mühəndisliyi ixtisasının tələbəsi;

Zərifə Əsədullayeva – Kimya mühəndisliyi ixtisasının tələbəsi;

Cəvahir Yusifzadə – Kimya mühəndisliyi ixtisasının tələbəsi;

Nəzrin Əhmədova – Kimya mühəndisliyi ixtisasının tələbəsi;

İlahə Hacıyeva – Biznesin idarə edilməsi ixtisasının tələbəsi;

Şamil Fərzəlizadə – Kimya mühəndisliyi ixtisasının tələbəsi;

Aysel Rəhimli – Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi;

Əlehsan Əliyev – Kompüter mühəndisliyi ixtisasının tələbəsi;

Rəna İsayeva – Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Dekabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri