Barselona Qabriel Jezusu alır

31.08.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

İspaniyanın "Barselona" klubu İngiltərənin "Arsenal" komandasında çıxış edən hücumçu Qabriel Jezusun transferi ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.

Kataloniya təmsilçisi 29 yaşlı braziliyalı forvardın transferi ilə bağlı danışıqlara start verib.

"Barselona"nın hücum xəttini gücləndirmək üçün əsas namizədi uzun müddət Xulian Alvares olub. Lakin Madrid "Atletiko Madrid" argentinalı futbolçunu satmaq istəmədiyini bildirib. Bununla yanaşı, "Arsenal" transfer pəncərəsi başa çatana qədər Jezusla yolları ayırmağa müsbət yanaşır. 

Xatırladaq ki, Qabriel 2022-ci ilin yayından "Arsenal"ın formasını geyinir. 29 yaşlı hücumçunun London klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью