Barselona Qabriel Jezusu alır
Icma.az, Fanat portalına istinadən məlumat verir.
İspaniyanın "Barselona" klubu İngiltərənin "Arsenal" komandasında çıxış edən hücumçu Qabriel Jezusun transferi ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Kataloniya təmsilçisi 29 yaşlı braziliyalı forvardın transferi ilə bağlı danışıqlara start verib.
"Barselona"nın hücum xəttini gücləndirmək üçün əsas namizədi uzun müddət Xulian Alvares olub. Lakin Madrid "Atletiko Madrid" argentinalı futbolçunu satmaq istəmədiyini bildirib. Bununla yanaşı, "Arsenal" transfer pəncərəsi başa çatana qədər Jezusla yolları ayırmağa müsbət yanaşır.
Xatırladaq ki, Qabriel 2022-ci ilin yayından "Arsenal"ın formasını geyinir. 29 yaşlı hücumçunun London klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 31 Avqust 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















