Barselona rəqibini darmadağın etdi Kataloniyada qol şousu

01.11.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniya La Liqasının növbəti turunda “Barselona” doğma meydanda “Alaves”i qəbul edib.

Redaktor.az xəbər verir ki, Kataloniya təmsilçisi qarşılaşmada böyük üstünlük nümayiş etdirərək rəqibini 6:1 hesabı ilə məğlub edib.

İlk hissədə 4 qol

Oyuna fəal başlayan “Barselona” 8-ci dəqiqədə Rafinianın qolu ilə hesabı açıb. Fermin Lopezin ötürməsindən sonra fərqlənən braziliyalı futbolçu 41-ci dəqiqədə yenidən rəqib qapısına yol taparaq dublunu rəsmiləşdirib.

23-cü dəqiqədə Fermun Lopez özü də qol vurub. İlk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə Lamin Yamal fərqi artırıb. Beləliklə, komandalar fasiləyə meydan sahiblərinin 4:0 hesablı üstünlüyü ilə yollanıblar.

İkinci hissədə daha 2 qol

Fasilədən sonra da hücumlarını davam etdirən “Barselona” 64-cü dəqiqədə Lamin Yamalın ikinci qolu ilə hesabı 5:0-a çatdırıb. 81-ci dəqiqədə Entoni Qordon fərqlənərək komandasının altıncı qolunu vurub.

“Alaves”in təsəlli qoluna isə 84-cü dəqiqədə Mariano Diaz imza atıb. Nəticədə qarşılaşma “Barselona”nın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın statistik göstəriciləri

Topa sahibolma: “Barselona” – 77%, “Alaves” – 23% Gözlənilən qollar (xG): 3,19 – 0,62 Qapı çərçivəsinə zərbələr: 7 – 3 Qazanılmış ikili mübarizələr: 59% – 41%

Turnir cədvəlində vəziyyət

Bu qələbədən sonra “Barselona” xallarının sayını 30-a çatdıraraq turnir cədvəlinin liderliyinə yüksəlib. Kataloniya təmsilçisi ən yaxın izləyicisi “Atletiko Madrid”i 2 xal qabaqlayır.

“Alaves” isə 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Turan ASLAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью