Barselona rəqibini darmadağın etdi Kataloniyada qol şousu
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniya La Liqasının növbəti turunda “Barselona” doğma meydanda “Alaves”i qəbul edib.
Redaktor.az xəbər verir ki, Kataloniya təmsilçisi qarşılaşmada böyük üstünlük nümayiş etdirərək rəqibini 6:1 hesabı ilə məğlub edib.
İlk hissədə 4 qol
Oyuna fəal başlayan “Barselona” 8-ci dəqiqədə Rafinianın qolu ilə hesabı açıb. Fermin Lopezin ötürməsindən sonra fərqlənən braziliyalı futbolçu 41-ci dəqiqədə yenidən rəqib qapısına yol taparaq dublunu rəsmiləşdirib.
23-cü dəqiqədə Fermun Lopez özü də qol vurub. İlk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə Lamin Yamal fərqi artırıb. Beləliklə, komandalar fasiləyə meydan sahiblərinin 4:0 hesablı üstünlüyü ilə yollanıblar.
İkinci hissədə daha 2 qol
Fasilədən sonra da hücumlarını davam etdirən “Barselona” 64-cü dəqiqədə Lamin Yamalın ikinci qolu ilə hesabı 5:0-a çatdırıb. 81-ci dəqiqədə Entoni Qordon fərqlənərək komandasının altıncı qolunu vurub.
“Alaves”in təsəlli qoluna isə 84-cü dəqiqədə Mariano Diaz imza atıb. Nəticədə qarşılaşma “Barselona”nın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın statistik göstəriciləri
Topa sahibolma: “Barselona” – 77%, “Alaves” – 23% Gözlənilən qollar (xG): 3,19 – 0,62 Qapı çərçivəsinə zərbələr: 7 – 3 Qazanılmış ikili mübarizələr: 59% – 41%Turnir cədvəlində vəziyyət
Bu qələbədən sonra “Barselona” xallarının sayını 30-a çatdıraraq turnir cədvəlinin liderliyinə yüksəlib. Kataloniya təmsilçisi ən yaxın izləyicisi “Atletiko Madrid”i 2 xal qabaqlayır.
“Alaves” isə 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Turan ASLAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 01 Noyabr 2026 02:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















