“Barselona”nın prezidenti Bakıda yeniyetmə futbolçularla görüşüb FOTOLAR

17.11.2024

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda səfərdə olan İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta Azərbaycan təmsilçilərinin aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, 62 yaşlı funksioner “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə”, “Səbail” və ASTA Futbol Akademiyasının (Azerbaijan Sport Talents Academy) yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.

Klub prezidenti oyunçularla söhbət edib, onların formalarını imzalayıb.

Qeyd edək ki, Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib. (“Report”)

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью