“Barselona”nın prezidenti Bakıda yeniyetmə futbolçularla görüşüb FOTOLAR
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda səfərdə olan İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta Azərbaycan təmsilçilərinin aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, 62 yaşlı funksioner “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə”, “Səbail” və ASTA Futbol Akademiyasının (Azerbaijan Sport Talents Academy) yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.
Klub prezidenti oyunçularla söhbət edib, onların formalarını imzalayıb.
Qeyd edək ki, Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib. (“Report”)








Barselonanın prezidenti Bakıda yeniyetmə futbolçularla görüşüb FOTOLAR
17 Noyabr 2024 22:00
Barselonanın prezidenti Bakıda yeniyetmə futbolçularla görüşüb
17 Noyabr 2024 12:07
Baş nazir Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşüb FOTOLAR
18 Noyabr 2024 16:49
Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşüb
17 Noyabr 2024 21:38
“Barselona”nın prezidenti Azərbaycana gəldi
16 Noyabr 2024 16:51

