Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lionel Messinin keçmiş komanda yoldaşı Xavyer Maskerano ABŞ təmsilçisi "İnter Miami"nin baş məşqçisi təyin edilib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis bu postda Xerardo Martinonu əvəzləyib.
O, yeni klubu ilə 3 illik müqavilə imzalayıb. X.Maskerano daha əvvəl baş məşqçi kimi Argentinanın U-20 və U-23 yığmalarını çalışdırıb.
Qeyd edək ki, Maskerano və Lionel Messi “Barselona” (İspaniya) və Argentina millisində birgə çıxış ediblər.
Kataloniya təmsilçisinin sabiq futbolçuları Luis Suares, Serxio Busquets və Jordi Alba da "İnter Miami"nin şərəfini qoruyur.
Bizim Telegram kanalımıza abunə olun Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.