Barselonanın sabiq üzvü Messinin çıxış etdiyi klubun baş məşqçisi təyin olunub
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lionel Messinin keçmiş komanda yoldaşı Xavyer Maskerano ABŞ təmsilçisi "İnter Miami"nin baş məşqçisi təyin edilib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis bu postda Xerardo Martinonu əvəzləyib.
O, yeni klubu ilə 3 illik müqavilə imzalayıb. X.Maskerano daha əvvəl baş məşqçi kimi Argentinanın U-20 və U-23 yığmalarını çalışdırıb.
Qeyd edək ki, Maskerano və Lionel Messi “Barselona” (İspaniya) və Argentina millisində birgə çıxış ediblər. Kataloniya təmsilçisinin sabiq futbolçuları Luis Suares, Serxio Busquets və Jordi Alba da "İnter Miami"nin şərəfini qoruyur.

Barselonanın keçmiş ulduzu Messinin baş məşqçisi oldu
22 Noyabr 2024 21:10
Barselonanın futbolçusu Messinin Çempionlar Liqasındakı nailiyyətini təkrarlayıb
12 Dekabr 2024 09:45
Barselonanın sabiq futbolçusu İndoneziya millisinin baş məşqçisi təyin olunub
08 Yanvar 2025 14:06
Real ın sabiq futbolçusu Messinin çıxış etdiyi komandaya keçəcək
04 Oktyabr 2025 13:41
Barselonanın 18 yaşlı ulduzu Yamal Messinin nömrəsini alır
16 İyul 2025 23:43

