Barselonanın XXI əsrdə belə uğursuz seriyası olmamışdı | Icma.az
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
La Liqanın 18-ci turunun mərkəzi oyununda ''Barselona'' ''Atletiko''nu qəbul etdi.
Kataloniya nəhəngi fasiləyə Pedrinin qolu ilə öndə yollansa da, əla formada olan Dieqo Simeonenin komandası ikinci hissədə vəziyyəti lehinə dəyişə bildi.
De Paulun qolundan sonra hər şey bərabərliyə doğru gedirdi. Amma faktiki olaraq son hücumda ''Atletiko'' Sörlotun qolu ilə dramatik qələbə q
''Hindular'' 2010-nun dekabrından klubun başında olan Simeonenin dönəmində La Liqada ilk dəfə ''Barselona''nı səfərdə məğlub etdilər!
Bu rəqib üzərində çempionatda son səfər qələbəsi 2005/06-da əldə olunmuşdu (3:1).
''Atletiko'' bütün rəsmi turnirləri nəzərə almaqla ardıcıl 12-ci qələbəsini qazandısa, ''Barsa'' La Liqada evdə ardıcıl 3-cü dəfə uduzmaqla XXI əsrdəki ən pis göstəricisinə imza atdı.
Komandanın daha öncə tarixi ərzində yalnız iki dəfə (1965, 1987) bu cür uğursuz seriyası olmuşdu.ƏLİ Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu